13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Milli Məclis buraxılıb - Sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib
Tarix: 28-06-2024 15:06 | Bölmə: Slayd
Milli Məclis buraxılıb - Sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib

Azərbaycanda növbədənkənar parlament seçkilərinin vaxtı bəlli olub.

Reyting.az
xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda "Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarı nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 981‑ci maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq, qərar verilib:

1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.

2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilsin.




Bölməyə aid digər xəbərlər