13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
İranda prezident seçkiləri: nəticələr hesablanır - (Yenilənib)
Tarix: 29-06-2024 13:12 | Bölmə: Slayd
İranda prezident seçkiləri: nəticələr hesablanır - (Yenilənib)

İranda növbədənkənar prezident seçkiləri başa çatıb və səslər hesablanır. Hesablamalara görə, prezidentliyə namizəd Məsud Pezeşkian öndədir.

Bu barədə Seçki Qərargahının sözçüsü Möhsün Eslami bildirib.

12 058 843 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 5 354 000 səslə növbəti dəfə liderlik edir. Onun ardınca 4 875 269 səslə Səid Cəlili ikinci, Məhəmməd Baqer Qalibaf 1 620 628 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 95172 səslə dördüncüdür.

***

İranda keçirilən növbədənkənar prezident seçkilərində 58 min seçki məntəqəsindən 23 minində bülletenlərə baxış zamanı İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi və mühafizəkar namizəd Səid Cəlilinin 3,505 milyon səs topladığı məlum olub.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Seçki Qərargahının əməkdaşı Möhsün Eslami məlumat verib.

Son nəticədən bəlli olur ki, Səid Cəlili 3,389 milyon səs toplayan ən yaxın rəqibi, keçmiş səhiyyə naziri Məsud Pezeşkiyanı da qabaqlayıb.

Üçüncü yerdə 1,116 milyon səslə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafdır.

***

İranda keçirilən növbədənkənar prezident seçkilərinin indiyədək hesablanmış səsləri Məsud Pezeşkianın seçkinin lider olduğunu göstərir.

Reyting.az
xəbər verir ki, hesablanmış 24 535 185 bülletenin nəticələrinə görə, Məsud Pezeşkian 10 415 991 (42.6%) səslə birincidir.

9 473 298 (38.8%) səslə Səid Cəlili ikinci, 3 383 340 (13.8%) səslə Məhəmməd Baqer Qalibaf üçüncü, 206,397 (0.8%) səslə Mustafa Purməhəmmədi dördüncüdür.

İranda prezident seçkilərində heç bir namizəd çoxluğu təmin edə bilmədiyindən islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili ikinci turda yarışacaq. Seçkilərin ikinci turunun iyulun 5-də keçirilməsi nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər