13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
İşğaldan azad edilmiş ərazilərdən 33 avtomat silah tapılıb
Tarix: 29-06-2024 11:27 | Bölmə: Slayd
İşğaldan azad edilmiş ərazilərdən 33 avtomat silah tapılıb

22-28 iyun aralığında Xankəndi, Xocalı, Kəlbəcər və Laçında külli miqdarda silah-sursat aşkar edilib.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 26 avtomat silahı, 3 pulemyot, 1 tapança, 3 tüfəng, 27 qumbara, 2 qumbaraatan, 36 alışdırıcı, 13 mərmi, 5 süngü-bıçaq, 115 patron darağı, 4780 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkarlanıb.

Kəlbəcər rayonunun Vəngli kəndi ərazisindən 1 avtomat silahı, 7 patron darağı, 255 ədəd müxtəlif çaplı patron tapılıb.

Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisindən 4 avtomat silahı, 1 tapança, 1 qumbaraatan, 12 qumbara, 10 alışdırıcısı, 10 ədəd patron darağı və 278 ədəd müxtəlif çaplı patron aşkar edilib.

Laçın rayonu ərazisindən 2 avtomat silahı, 1 tapança, 1 tüfəng, 13 qumbara, 3 süngü-bıçaq, 16 patron darağı və 270 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.




Bölməyə aid digər xəbərlər