13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Hava nəqliyyatı ilə sərnişindaşıma... - Yeni qiymətlər müəyyən edilib - Siyahı
Tarix: 30-06-2024 21:17 | Bölmə: Slayd
Hava nəqliyyatı ilə sərnişindaşıma... - Yeni qiymətlər müəyyən edilib

Hava nəqliyyatı ilə Bakı-Naxçıvan/Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin tarifi tənzimlənib.

Reyting.az
xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında bildirilib.

Qərara əsasən, Bakı-Naxçıvan/Naxçıvan-Bakı təyyarə biletlərinin qiyməti 70 manat müəyyən edilib.

***

Hava nəqliyyatı ilə Bakı-Füzuli/Füzuli-Bakı və Bakı-Zəngilan/Zəngilan-Bakı ölkədaxili sərnişindaşıma xidmətlərinin yeni tarifləri müəyyənləşib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarına əsasən, sərnişindaşıma xidmətinin qiyməti - Bakı-Füzuli/Füzuli-Bakı -78 manat və Bakı-Zəngilan/Zəngilan-Bakı -83 manat müəyyən edilib.

***

Digər istiqamətlər üzrə qiymətlər aşağıdakı kimi təsdiqlənib:


Naxçıvan-Gəncə/Gəncə-Naxçıvan - 60.00 ₼

Bakı-Gəncə/Gəncə-Bakı - 84.00 ₼

Bakı-Qəbələ/Qəbələ-Bakı - 65.00 ₼

Bakı-Lənkəran/Lənkəran-Bakı - 65.00 ₼

Bakı-Zaqatala/Zaqatala-Bakı - 84.00 ₼




Bölməyə aid digər xəbərlər