13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
MSK 10 partiyanın müraciətinə müsbət cavab verib
Tarix: 06-07-2024 16:19 | Bölmə: Slayd
MSK 10 partiyanın müraciətinə müsbət cavab verib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında siyasi partiyaların müraciətlərinə baxılıb.

Reyting.az
-ın xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Toplantıda Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının, Müsavat Partiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq müsbət qərar qəbul edilib.

Qeyd edək ki, bundan öncə Respublikaçı Alternativ (REAL), Ağ Partiya və Vətəndaş Həmrəyliyi partiyalarının növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.




Bölməyə aid digər xəbərlər