13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Türkiyə prezidenti ABŞ-a gedir
Tarix: 08-07-2024 09:05 | Bölmə: Slayd
Türkiyə prezidenti ABŞ-a gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Liderlərinin Zirvə toplantısında iştirak etmək üçün çərşənbə axşamı ABŞ-a səfər edəcək.

Reyting.az
-ın xəbərinə görə, Ərdoğanın həm Ukrayna-Rusiya müharibəsi, həm də İsrailin Qəzzaya hücumu ilə bağlı tərəfdaşlarına aydın mesajlar verəcəyi gözlənilir.

Prezidentin Türkiyənin terrorla mübarizədə NATO üzvlərindən gözlədiyi dəstəkdən də söz açacağı bildirilir. Onun gündəmində Ukrayna-Rusiya müharibəsi, İsrail-Fələstin savaşı və Türkiyənin terrorla mübarizəsi olacaq.

Ərdoğan Vaşinqtonda regionda gərginliyin azaldılması üçün atılacaq addımları müzakirə edəcək.

Qeyd edək ki, Vaşinqtonda NATO-nun 75-ci ildönümündə keçiriləcək sammitin gündəliyi NATO-nun çəkindirmə və müdafiə qabiliyyətinin gücləndirilməsidir. Prezident Ərdoğan sammitdə həm kritik məsələlərə diqqət çəkəcək, həm də liderlərlə görüşəcək.

Prezident Ərdoğan və ABŞ prezidenti Bayden təqvimlərin ziddiyyətli olması səbəbindən bu ilin ilk yarısında görüşə bilməyib. Ərdoğanın Liderlər Zirvəsi çərçivəsində Baydenlə görüşəcəyi də ehtimal olunur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər