13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Parlament seçkiləri: ATƏT iştirakçı ölkələrdən 300-dən çox müşahidəçi istəyib
Tarix: 11-07-2024 09:23 | Bölmə: Slayd
Parlament seçkiləri: ATƏT iştirakçı ölkələrdən 300-dən çox müşahidəçi istəyib

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) iştirakçı ölkələrdən Azərbaycanda növbədənkənar parlament seçkiləri üçün 300-dən çox müşahidəçi istəyib.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildiriblər.

Məlumata görə, uzunmüddətli missiya üçün 30, qısamüddətli missiya üçün 280 müşahidəçi istənilib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.




Bölməyə aid digər xəbərlər