13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Sumqayıtdakı zavodun 53 əməkdaşı qidadan zəhərlənib
Tarix: 11-07-2024 11:15 | Bölmə: Slayd
Sumqayıtdakı zavodun 53 əməkdaşı qidadan zəhərlənib

İyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Reyting.az
Sumqayıt Şəhər Prokurorluğuna istinadla xəbər verir ki, ilkin araşdırma zamanı müəssisənin 53 əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi müəyyən edilib.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda vəziyyətləri normaldır.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.




Bölməyə aid digər xəbərlər