13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Daha beş şəhidimizin qalıqları Xocalıda dəfn edilib - Fotolar
Tarix: 11-07-2024 11:25 | Bölmə: Slayd
Daha beş şəhidimizin qalıqları Xocalıda dəfn edilib

Qalıqları Xocalı rayonu ərazisində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Usubəli Süleyman oğlu Qarayevin, Şahin Talış oğlu Məmişovun, Ələddin Bəhlul oğlu Paşayevin, Nemət Musa oğlu Şahmuradovun və Zakir Kamran oğlu Usubovun nəşi Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Reyting.az
“Report”a istinadla bildirir ki, dəfn mərasimində şəhidlərin doğmaları, Xocalı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Usubəli Süleyman oğlu Qarayev 1961-ci il iyunun 1-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalının Dəhraz kəndində itkin düşüb.

Şahin Talış oğlu Məmişov 1959-cu il noyabrın 12-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.

Ələddin Bəhlul oğlu Paşayev 1961-ci il noyabrın 8-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı rayonunun Dəhraz kəndində anadan olub.

Nemət Musa oğlu Şahmuradov 1962-ci il dekabrın 26-da anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.

Zakir Kamran oğlu Usubov 1964-cü il dekabrın 10-da anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.









Bölməyə aid digər xəbərlər