13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
NATO-nun hərbi infrastrukturu Rusiya sərhədlərinə yaxınlaşır
Tarix: 11-07-2024 14:31 | Bölmə: Slayd
NATO-nun hərbi infrastrukturu Rusiya sərhədlərinə yaxınlaşır

NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə doğru hərəkəti davam edir. Reyting.az TASS-a istinadla bildirir ki, bu barədə jurnalistlərə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

Peskov deyib ki, NATO-nun Qara dəniz ətrafında logistik mərkəzlər yaratmaq və Avropada əlavə məntəqələr açmaq qərarı var: “Biz görürük ki, əslində, NATO-nun hərbi infrastrukturu daim, tədricən bizim sərhədlərimizə doğru irəliləyir”.

Kreml təmsilçisi Ukraynanın sonda NATO-ya üzv olması qərarına da diqqət çəkib. Onun sözlərinə görə, alyansın əsas məqsədlərindən biri Rusiyanı strateji məğlubiyyətlə üzləşdirməkdir.

“Bu, bizi qəbul edilmiş qərarları və aparılan müzakirələri çox dərindən təhlil etməyə, bəyannamənin mətnini çox diqqətlə təhlil etməyə məcbur edir. Bu, ölkəmizin milli təhlükəsizliyi üçün çox ciddi təhdiddir”, - deyə Peskov yekunlaşdırıb. Kreml sözçüsü əlavə edib ki, Rusiya NATO-nun qarşısını almaq üçün cavab tədbirləri hazırlamalı olacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər