13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Bayden: Putinin böyük problemi var
Tarix: 12-07-2024 10:07 | Bölmə: Slayd
Bayden: Putinin böyük problemi var

ABŞ prezidenti Co Bayden 3 günlük NATO Sammitindən sonra mətbuat konfransı keçirib.

Reyting.az
xəbər verir ki, Bayden ABŞ-nın Qəzzada atəşkəsə nail olmaq və məhbusları geri qaytarmaq üçün aylardır çalışdığını deyib.

Onun sözlərinə görə, 6 həftə əvvəl irəli sürdüyü təfərrüatlı plan BMT Təhlükəsizlik Şurası, G7, İsrail və HƏMAS tərəfindən qəbul edilib. C. Bayden bunların mürəkkəb məsələlər olduğunu vurğulayıb, bəzi çatışmazlıqlardan söz açsa da, irəliləyişin olduğunu bildirib.

“Mən buna nail olmaq və müharibəni bitirmək əzmindəyəm”,- ABŞ prezidenti qeyd edib.

Bayden əvvəldən bölgədəki tərəflərlə təmasda olduğunu, Qəzzaya daha çox yardım, qida və dərman gətirmək üçün səy göstərdiyini deyib.

“İsrail çox əməkdaşlıq etmədi”, - deyən Baydenin sözlərinə görə, İsraildəki döyüş kabineti İsrail tarixində gördüyü “ən mühafizəkar kabinet”dir.

İsrailə Əfqanıstanda etdikləri səhvi təkrarlamaq üçün xəbərdarlıq etdiyini bildirən Bayden deyib: “Bizim etdiyimiz səhvi etmə, sizə pis adamları tapmağa kömək edəcəyik”.

Bayden həmçinin “yer tutmağa ehtiyac yoxdur, pis adamları tutmaq kifayətdir”, - deyərək, İsrailin HƏMAS-ın arxasınca gedə biləcəyini qeyd edib.

C. Bayden bir tonluq bombanın İsrailə göndərilməsinin dayandırıldığını xatırladıb və qeyd edib ki, bunlardan Qəzzada istifadə edilə bilməz.

Bayden bəyan edib ki, onun İsraildə populyarlığı öz ölkəsindən daha yüksəkdir.

Rusiyanın Kiyevin bir həftə ərzində yıxılacağını proqnozlaşdırdığını xatırladan Bayden bildirib ki, Kiyev bu gün də ayaqdadır və verilən dəstək sayəsində NATO hər zamankından daha güclüdür.

Güclü NATO-nun Amerikanın təhlükəsizliyi üçün də çox vacib olduğuna diqqət çəkən Bayden əlavə edib ki, NATO-nun kollektiv müdafiə vəd edən 5-ci maddəsi müqəddəsdir.

Bayden “Rusiya prezidenti Vladimir Putinə boyun əyməyəcəyəm”, - deyərək, NATO-nun gücünü qorumağa davam edəcəyini və Amerikanın dünyadan təcrid olunmayacağını bildirib. O, həmçinin Ukraynadan üz döndərməyəcəyini də sözlərinə əlavə edib. Bayden, Putinlə davranışını dəyişməyə və onunla danışmağa hazır olduğunu söyləyib. Putinin böyük bir problemi olduğunu iddia edən Bayden deyib ki, Rusiya Ukraynaya qalib gələ bilməyib, yalnız ərazisinin 17,4 faizini ələ keçirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər