13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Trampın xanımı: “Mənim də, oğlumun da həyatı təhlükədədir”
Tarix: 15-07-2024 09:11 | Bölmə: Slayd
Trampın xanımı: “Mənim də, oğlumun da həyatı təhlükədədir”

Melaniya Tramp həyat yoldaşı, ABŞ-nın keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdinə reaksiya verib.

Reyting.az
-ın məlumatına görə, Melaniya Tramp “X” sosial media platformasındakı hesabında yazıb ki, həyat yoldaşına dəyən dəhşətli güllədən sonra özünün və oğlu Barron Trampın da həyatının dəhşətli hadisənin astanasında olduğunu anlayıb.

Melaniya Tramp eyni zamanda həyat yoldaşını qorumaq üçün həyatlarını riskə atmış hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.

“...bir canavar Donaldın ehtirasını, gülüşünü, yaradıcılığını, musiqiyə olan sevgisini və ilhamını oğurlamağa çalışdı”, - deyən Melaniya Tramp yazaraq, ərinin səxavətli və qayğıkeş insan olduğunu bildirib.

Fərqli baxışların və siyasi oyunların sevgi ilə müqayisədə əhəmiyyətsiz olduğunu, ailə və sevginin hər şeydən önəmli olduğunu vurğulayan Melaniya Tramp amerikalıları birliyə çağırıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər