13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya-Ukrayna danışıqları başlayır?
Tarix: 19-07-2024 09:13 | Bölmə: Slayd
Rusiya-Ukrayna danışıqları başlayır?

Ötən ay İsveçrədə Ukraynadakı müharibə ilə bağlı Qlobal Sülh Sammiti keçirilib. Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, birinci tədbirə dəvət edilməyən Rusiya ikinci sammitdə iştirak etməlidir.

Reyting.az
xəbər verir ki, ikinci tədbirin noyabr ayında başlaması planlaşdırılır.

V. Zelenski bildirib ki, bütün dünya Moskvanı danışıqlar masası arxasına oturmağa və müharibəni bitirmək barədə düşünməyə inandırmaq üçün ona təzyiq göstərməli olacaq. Prezidentin sözlərinə görə, Rusiya döyüş meydanında nə qədər zəif olsa, Ukrayna danışıqlar masası arxasında bir o qədər güclənəcək.

“Mən inanıram ki, Rusiyaya təzyiq göstərməklə diplomatik nizamlanmaya razılaşa bilərik”,- o qeyd edib.

Xatırladaq ki, bu yaxınlarda Razumkov Mərkəzi Ukraynanın Rusiya ilə danışıqlar masasına oturub-oturmaması ilə bağlı sorğu keçirib. Ukraynalıların 44 faizi dialoqun vaxtının çatdığına inanır, 35 faizi danışıqlara ehtiyac görmür, 21 faizi isə hələ qərar verməyib.

“The New York Times” yazır ki, Ukrayna hökuməti Rusiya ilə danışıqlara başlamaq və təxminən 1000 kilometrə qədər uzanan cəbhə xəttində davam edən döyüşlərə son qoymağı planlaşdırır. Eyni zamanda, indi ruslar şərqdə əsas təchizat yoluna yaxınlaşır və döyüşlər hər gün daha da şiddətlənir.

“El Pais” qeyd edir ki, Vladimir Putin və Si Cinpinq Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqların ilin sonuna qədər baş tutacağına inanırlar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər