ABŞ-da seçkilər: demokrat liderlər Harrisi dəstəkləyir
Tarix: 22-07-2024 09:13 | Bölmə: Slayd
ABŞ-da seçkilər: demokrat liderlər Harrisi dəstəkləyir

Amerika lideri Co Bayden prezident seçkilərində iştirakdan imtina etdikdən sonra ABŞ-nın vitse-prezidenti Kamala Harris demokratları onun namizədliyinə dəstək verməyə çağırıb.

Reyting.az
CNN-ə istinadla bildirir ki, Harrisin prezidentliyə namizəd kimi irəli sürülməsini Demokratlar Partiyasının bütün 50 rəhbəri telefon danışığı zamanı dəstəkləyib.

Qeyd olunur ki, demokrat liderlərin belə bir dəstək nümayişi Harrisin prezidentliyə namizəd olmaq şansını artırır.

Nəşr əlavə edir ki, prezident Baydenin dəstəyinə baxmayaraq, Harrisin rəsmi namizəd olub-olmayacağı və partiyanın alternativ seçmək üçün hansı prosesdən istifadə edəcəyi hələlik bəlli deyil.

ELÇİN




Bölməyə aid digər xəbərlər