İki türk döyüş təyyarələri üçün süni intellekt hazırlayıb - Foto
Tarix: 23-07-2024 09:29 | Bölmə: Slayd
İki türk döyüş təyyarələri üçün süni intellekt hazırlayıb

İngiltərənin müdafiə nəhəngi “BAE Systems”də çalışan türk mühəndislər Emre Saldıran və Mövlud Uzun döyüş təyyarələri üçün diqqətəlayiq süni intellekt hazırlayıblar.

Reyting.az
xəbər verir ki, türk mühəndislər Attacker Cranfield Universitetində süni intellekt üzrə təhsil alıb və bu sahədəki biliklərini layihələrinə inteqrasiya ediblər.

Mühəndislərin yeniliyi pilotları döyüşdə strateji məlumatlarla təmin etməyi hədəfləyir. Bu süni intellekt simulyasiyaları daha real edir və pilotlara qərarlarını təkmilləşdirməyə köməklik göstərir.



Süni intellekt pilotlara hansı hərəkətləri etmək, təyyarəni nə vaxt sürətləndirmək və ya yavaşlatmaq barədə məsləhətlər verir.

Texnologiya döyüş təyyarələrinin performansını yaxşılaşdıra bilsə də, onun real döyüş şəraitində effektivliyi barədə məlumat yoxdur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər