Xalq artisti Ağadadaş Ağayev gözətçiyə balta ilə hücum edib, yaralı var - (Yenilənib)
Tarix: 23-07-2024 17:13 | Bölmə: Slayd
Xalq artisti Ağadadaş Ağayev gözətçiyə balta ilə hücum edib, yaralı var - (Yenilənib)

Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.

Reyting.az
xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, A. Ağayev tanışı ilə söyüş üstündə dava edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, hazırda faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır: "İyulun 22-də Bakı şəhər sakini N. Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib. N. Cəlilov daha sonra izahatında A. Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N. Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb".

***

Xalq artisti Ağadadaş Ağayevi döyən "MedEra" xəstəxanasının gözətçisi Nurəddin Cəlilov saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər