Ukrayna-Rusiya danışıqları başlaya bilər
Tarix: 24-07-2024 14:49 | Bölmə: Slayd
Ukrayna-Rusiya danışıqları başlaya bilər

Ukraynada müharibə daha da genişlənmək təhlükəsi yaradır. Çin isə problemin danışıqlar masası arxasında siyasi həllinin tərəfdarıdır.

Reyting.az
xəbər verir ki, bu, Çin Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlama bildirilir.

Çin Xarici İşlər Nazirliyi belə bir açıqlamanı Ukraynanın XİN başçısı Dmitri Kuleba ilə onun çinli həmkarı Vanq Yi arasında aparılan danışıqlardan sonra yayıb.

Açıqlamada bildirilir ki, Ukrayna və Rusiya son vaxtlar müxtəlif dərəcədə danışıqlara hazır olduqları barədə siqnallar verirlər.

"Belə danışıqların şərtləri və vaxtı ilə bağlı heç bir razılıq əldə edilməsə də, biz sülhü təşviq edən bütün səyləri dəstəkləyirik və atəşkəsin əldə edilməsində və sülh danışıqlarının bərpasında konstruktiv rol oynamağa davam etməyə hazırıq", - Çin Xarici İşlər Nazirliyi açıqlamasında deyilir.



XİN-nin bəyanatına əsasən, Kuleba Pekində bildirib ki, Ukrayna Rusiyanın iştirakı ilə Ukrayna üzrə sülh konfransının çağırılmasını tələb edən Çin-Braziliya bəyanatını diqqətlə öyrənib. “Ukrayna Çinin fikrinə böyük əhəmiyyət verir və Ukrayna böhranının siyasi həlli ilə bağlı Çin və Braziliyanın əldə etdiyi “altı bəndlik konsensus”u diqqətlə öyrənib. Əlbəttə, danışıqlar ədalətli və davamlı sülhə nail olmaq üçün ağlabatan və əsaslı olmalıdır", - deyə Çin Xarici İşlər Nazirliyi Kulebadan sitat gətirir.

Bundan əlavə, ukraynalı nazir Kiyevin “Tayvan məsələsində Çinin mövqeyini dəstəklədiyini və Çin prinsipinə sadiq qalmağa davam edəcəyini” söyləyib. Həmçinin “sülhün təmin edilməsində və beynəlxalq asayişin qorunmasında Çinin müsbət və konstruktiv rolunu yüksək qiymətləndirir”.

Çin Xarici İşlər Nazirliyi öz növbəsində Çinin Ukraynanın ən böyük ticarət tərəfdaşı və Ukrayna kənd təsərrüfatı məhsullarının ən böyük idxalçısı olduğunu qeyd edib.

"Bu ilin birinci yarısında ikitərəfli ticarətin həcmi sürətli artım tempi göstərdi. Çin Ukraynadan taxıl idxalını genişləndirməyə davam edəcək və hamar logistik kanalları və beynəlxalq ərzaq təhlükəsizliyini birgə dəstəkləyəcək", - məlumatda deyilir.

Onu da qeyd edək ki, Dmitri Kuleba çinli həmkarı Van İ ilə görüşündə bildirib ki, Ukrayna tərəfi Rusiya ilə danışıqlara hazırdır.

Y. QACAR




Bölməyə aid digər xəbərlər