Hərbi hissə komandiri həbs edilib
Tarix: 24-07-2024 20:05 | Bölmə: Slayd
Hərbi hissə komandiri həbs edilib

Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə ittiham elan edilməsi və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Reyting.az
bildirir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.(APA)




Bölməyə aid digər xəbərlər