Bayden Putinin Ukraynaya hücumunu dayandırmağa çalışacaq
Tarix: 25-07-2024 10:03 | Bölmə: Slayd
Bayden Putinin Ukraynaya hücumunu  dayandırmağa çalışacaq

ABŞ prezidenti Co Bayden prezidentlik müddətinin sonuna kimi vəzifəsini icra edəcəyini deyib. O, səlahiyyət müddətinin son altı ayı ərzində əsas prioritetlərini də açıqlayıb.

Reyting.az
xəbər verir ki, Bayden bunu xalqa videomüraciəti zamanı bildirib.

Bayden Qəzza zolağında müharibəyə son qoymağa və Rusiya prezidenti Vladimir Putinin Ukraynada başladığı müharibəni dayandırmağa çalışacaq.

"Biz Putinin Ukraynanı ələ keçirməyə cəhd etməsinin qarşısını almaq üçün qürurlu xalqların koalisiyasını birləşdirməyə davam edəcəyik", - Bayden əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər