12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ruslar Ukraynanın Kurska hücumlarını dayandıra bilmir - Foto
Tarix: 12-08-2024 08:07 | Bölmə: Slayd
Ruslar Ukraynanın Kurska hücumlarını dayandıra bilmir

Kursk vilayətində vəziyyətin monitorinqi göstərir ki, Rusiya Federasiyası hələ də Ukraynanın hücumunu dayandıra bilmir.

Reyting.az
xəbər verir ki, bunu hərbi mütəxəssis Aqil Rüstəmzadə deyib.

Onun sözlərinə görə, Rusiya mənbələri iddia edir ki, Ukrayna qüvvələri Martınovka və Qordeevka yaşayış məntəqələrində atəşə nəzarət zonasını artırıb və buna üç əsas amil təsir edir:

"Birincisi, Rusiya Federasiyası tərəfindən hücum hərəkətlərinə başlamaq üçün əlavə ehtiyatlar yoxdur. Ruslar cəbhənin digər sektorlarından bu əraziyə ən azı 15-25 min qoşun köçürməlidir.

İkincisi, tam situasiya şüurunun olmamasıdır. Ukraynanın hava hücumundan müdafiəsi kəşfiyyat pilotsuz təyyarələri qarşı tərəfin fəaliyyət göstərməsinə imkan vermir. Beləliklə, Rusiya Federasiyası üçün müxtəlif silahlarla hədəfləri aşkar etmək və vurmaq çətinləşir. Nəticə Lancet dronlarının yalnız bir neçə zərbəsidir.

Üçüncüsü, elektron döyüş sistemləri, hava hücumundan müdafiə sistemləri və atəş silahlarından səmərəli istifadə etməklə Ukrayna mobil qüvvələrinin döyüş əməliyyatlarının aparılması metodudur".



E. KAMAL




Bölməyə aid digər xəbərlər