Rus qoşunları Ukrayna şəhərini ələ keçirib - Foto
Tarix: 02-10-2024 09:21 | Bölmə: Slayd
Rus qoşunları Ukrayna şəhərini ələ keçirib

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Uqledar şəhərini ələ keçirib. Bununla belə, rusların yaxın gələcəkdə şəhərdən kənarda nə qədər sürətlə irəliləyəcəyi bəlli deyil.

Reyting.az
xəbər verir ki, ABŞ-nın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatına görə, Uqledarın işğalı çətin ki, hücum əməliyyatlarının gedişatını kökündən dəyişsin, çünki şəhər xüsusilə mühüm logistika mərkəzi deyil.

30 sentyabr və 1 oktyabr tarixli geolokasiya videoları rusların Uqledarın müxtəlif yerlərində bayraqlarını quraşdırdıqlarını göstərir. Oktyabrın 1-də rusiyalı bloqçular şəhərin işğal olunduğunu elan ediblər.

Lakin həmin gün ukraynalı hərbçi bildirib ki, ukraynalı qrupun bir hissəsi mühasirəyə düşməmək üçün Uqledardan planlı şəkildə geri çəkilib.

ISW analitikləri xatırladırlar ki, ruslar Uqledarı 2,5 illik uğursuz hücumlardan sonra ələ keçiriblər.



Bəzi rus mənbələri Uqledarın ələ keçirilməsindən dərhal sonra rus qoşunlarının sürətlə irəliləyə biləcəyinə və əməliyyat baxımından əhəmiyyətli irəliləyişlərə nail olacağına şübhə ilə yanaşırlar. Eyni zamanda rusiyalı bloqçular Ugledarın ələ keçirilməsindən sonra cəbhə xəttinin dağılacağını gözləmədiklərini qeyd ediblər.

“Rusiyanın Uqledarı ələ keçirməsi çətin ki, Qərbi Donetsk bölgəsində hücum əməliyyatlarının gedişatını kökündən dəyişsin. Ona görə ki, Uqledar o qədər də vacib logistika mərkəzi deyil. Həm də ona görə ki, Rusiya qoşunları indiyə qədər Uqledara gedən əsas yolların əksəriyyətinə nəzarət edirdi. Bu o deməkdir ki, rus qoşunları cəbhənin bu hissəsində Ukraynanın maddi-texniki təchizatını müəyyən dərəcədə bloklamaq imkanına malik olub”,- analitiklər qeyd ediblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər