Ermənistan XİN: Azərbaycanla diplomatik münasibətlər qurmaq üçün əsas kifayət qədərdir
Tarix: 03-10-2024 13:25 | Bölmə: Slayd
Ermənistan XİN: Azərbaycanla diplomatik münasibətlər qurmaq üçün əsas kifayət qədərdir

“Proses şəffafdır, proseslər barədə mütəmadi məlumatlar veririk, bütün görüşlərlə bağlı müvafiq press-relizlər dərc olunur”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərlə söhbəti zamanı Azərbaycanla sülh müqaviləsi layihəsindən danışarkən deyib.

O, Azərbaycanla sülh müqaviləsi layihəsinin məzmununun ictimaiyyətdən gizlədilmədiyinə əminliyini bildirib və əlavə edib ki, proses barədə həm baş nazir, həm də xarici işlər naziri mütəmadi olaraq məlumatlar verirlər.

V. Kostanyanın sözlərinə görə, Ermənistan hesab edir ki, artıq razılaşdırılmış məqamlar ən azı iki ölkə arasında diplomatik münasibətlərin qurulması və digər məsələlər üzrə müzakirələrin davam etdirilməsi üçün kifayətdir.


V. Kostanyan

Azərbaycanın narazılığının Ermənistan Respublikasının Konstitusiyası ilə bağlı olub-olmaması ilə bağlı suala cavabında nazir müavini vurğulayıb ki, Konstitusiya və konstitusiya dəyişiklikləri Ermənistanın daxili işidir.

“Rəsmi Bakının səsləndirdiyi narahatlıqlara, əslində, delimitasiya komissiyalarının əsasnaməsinin təsdiqi mərhələsində cavab verilib, Konstitusiya Məhkəməsi Bakının səsləndirdiyi narahatlığın reallıqla heç bir əlaqəsi olmadığını göstərən şərhlər verib”, - erməni diplomat iddia edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər