Azərbaycan və Rusiya yeni işçi qrupu yaradıb
Tarix: 03-10-2024 21:26 | Bölmə: Slayd
Azərbaycan və Rusiya yeni işçi qrupu yaradıb

Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması problemi ilə bağlı tədqiqatların aparılması üçün müvafiq nazirlik və idarələrin, elmi-tədqiqat institutlarının nümayəndələrindən ibarət işçi qrup yaradıblar.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb.

Qeyd olunub ki, birgə iş formatında mütəxəssislər Xəzər dənizinin səviyyəsində dəyişikliklərin səbəblərinin araşdırılması, qısa və uzunmüddətli proqnozlar, monitorinqlərləri özündə əks etdirən tədbirlər planı hazırlayacaqlar: "Su səviyyəsinin dəyişməsi, birgə elmi araşdırmalar, həmçinin sahilyanı ərazilərə mənfi təsirin azaldılmasına yönəlmiş digər addımlar atılacaq".

Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevlə rusiyalı həmkarı Sergey Anoprienko işçi qrupun həmsədrləri təyin ediliblər.

Rusiya hökumətinin məlumatına görə, 2024-cü il avqustun 19-da Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında Xəzər dənizinin dayazlaşdırılması ilə qrup yaradılması barədə qərar qəbul olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər