COVİD-19-un güclü variantı yayılır - Xəbərdarlıq
Tarix: 07-10-2024 10:43 | Bölmə: Slayd
COVİD-19-un güclü variantı yayılır

COVİD-19-un güclü variantı olan “XEC” virusu Avropada sürətlə yayılır. Mütəxəssislər “XEC”-in tezliklə dominant olacağı barədə xəbərdarlıq edirlər.

Reyting.az
xatırladır ki, “XEC” ştammı ilk dəfə iyun ayında Almaniyada aşkar edilib. Bundan sonra Böyük Britaniya, İrlandiya, Fransa, İspaniya və ABŞ da daxil olmaqla, ən azı 29 ölkədə qeydə alınıb.

İndiyə qədər dünya üzrə 1115 “XEC” hadisəsi baş verib. Virusun qrip və soyuqdəyməyə bənzər simptomları olduğunu bildirən tədqiqatçıların sözlərinə görə, simptomları daha yaxşı başa düşmək üçün “XEC” variantını yaxından izləmək lazımdır.

İngiltərədəki ictimai səhiyyənin klinik direktoru doktor Helen Vall yeni “XEC” ştammının halları ilə üst-üstə düşən respirator infeksiyaların artdığını deyib. London Universitet Kollecinin professoru Fransua Balloux isə variantın qışda dominant olacağını ehtimal edir.

Məlumata görə, İngiltərədə minlərlə insana toxunulmazlıq səviyyəsinin aşağı düşməsi səbəbiylə COVİD-19 peyvəndi təklif olunacaq. Aprel ayında peyvəndi 75 yaşdan yuxarı insanlara, qayğı evinin sakinlərinə və immun sistemi zəif olan insanlara məsləhət görüblər. Bununla birlikdə, İngiltərənin səhiyyə sistemi NHS-nin bu həftə tətbiq etməyə başladığı payız əlavəsi, virusa qarşı qorunma azaldığı üçün 65 yaşdan yuxarı insanlara və tibb işçilərinə də təklif ediləcək. Qeyd olunur ki, 65 yaşlı insanlar COVİD-ə qarşı sonuncu dəfə 12 ay əvvəl peyvənd olunublar.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər