Xaricdə təhsil almış daha 233 nəfərin diplomu tanınmayıb
Tarix: 07-10-2024 12:32 | Bölmə: Slayd
Xaricdə təhsil almış daha 233 nəfərin diplomu tanınmayıb

Sentyabr ayı üzrə 787 müraciətçinin 554-ü barədə müsbət qərar verilərək diplomlarının tanınması üçün müvafiq şəhadətnamələr təqdim edilib, 233 nəfərin isə müraciətinə mənfi cavab verilib.

Reyting.az
-ın xəbərinə görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az qalması səbəbi ilə 209, təhsil forması səbəbilə 8, ekvivalenti olmayan ixtisas səbəbilə 6, dövlət nümunəli olmayan diplom səbəbilə 4, akkreditasiyasız filial səbəbilə 3, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 2, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayı aşağıdakı kimidir:

Türkiyə Respublikası - 265,

Rusiya Federasiyası - 242,

Ukrayna - 126,

Gürcüstan - 40,

Birləşmiş Krallıq - 28,

Belarus Respublikası - 21,

Polşa Respublikası - 10,

Macarıstan - 8,

Litva Respublikası - 6,

Almaniya Federativ Respublikası - 5,

Amerika Birləşmiş Ştatları - 5,

İtaliya Respublikası - 4,

Niderland Krallığı - 4,

Çin Xalq Respublikası - 3,

İran İslam Respublikası - 3,

Kipr Respublikası - 3,

Latviya Respublikası - 3,

Qazaxıstan Respublikası - 3,

Bolqarıstan Respublikası - 1,

Çex Respublikası - 1,

Fransa Respublikası - 1,

Kanada - 1,

Malayziya - 1,

Özbəkistan Respublikası - 1,

Pakistan İslam Respublikası - 1,

Qırğız Respublikası - 1.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 57, biznesin idarə edilməsi üzrə 53, menecment üzrə 51, iqtisadiyyat üzrə 49, tibb üzrə 34 müraciət qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
3-10-2024, 09:45 Leysan və qar yağıb

{sape_links}{sape_article}