Hava dəhlizləri təhlükə mənbəyinə çevrilib - Foto
Tarix: 07-10-2024 15:06 | Bölmə: Slayd
Hava dəhlizləri təhlükə mənbəyinə çevrilib

Yaxın Şərqdəki gərginlik, hava hücumları və münaqişələr son zamanlar beynəlxalq hava daşımalarını böyük problemlərlə üzləşdirib.

Reyting.az
xəbər verir ki, İran və İsrailin qarşılıqlı hava hücumlarından sonra Türkiyə və Misir xaricində İranın müvəkkillərinin yerləşdiyi ölkələrin hava məkanları üzərindən keçidlər dayandırılıb. Yaranmış vəziyyət Ukrayna müharibəsi səbəbindən onsuz da ciddi problemlərlə üzləşmiş hava dəhlizlərinin işini daha da çətinləşdirib.

Mövcud vəziyyətə görə, Ukrayna və qismən Rusiyadan başqa bir çox aviaşirkətlər Liviya, Sudan, Yəmən, İraq, Suriya, Livan, İsrail, İordaniya və İran üzərindən uçuşlar həyata keçirmir. Bu vəziyyət şərq və qərb arasında hava nəqliyyatında böyük “qırmızı sahə” yaradır.



“Wall Street Journal” yazır ki, Asiya ilə Avropa arasında uçuşlarda kritik nöqtə olan Yaxın Şərq üzərindən təyyarələrin keçməsi üçün cəmi iki dəhliz qalıb. Müvafiq olaraq, cənubdan gələn təyyarələr Misir üzərindəki dəhlizdən, şərqdən gələn təyyarələr isə Azərbaycan və Türkiyə üzərindəki dəhlizdən istifadə edir. Bu iki dəhlizdən başqa təyyarələrin keçməsi üçün yer qalmayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
3-10-2024, 09:45 Leysan və qar yağıb

{sape_links}{sape_article}