Əliyevlə Paşinyanın növbəti görüşü gözlənilir
Tarix: 07-10-2024 16:46 | Bölmə: Slayd
Əliyevlə Paşinyanın növbəti görüşü gözlənilir

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi MDB ölkələrinin başçıları ilə qeyri-rəsmi danışıq aparacaq.

Reyting.az
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, prezident axşam saatlarında MDB Dövlət Başçıları Şurasının sabah keçiriləcək iclasında iştirak etmək üçün Moskvaya gələcək MDB ölkələrinin dövlət və hökumət başçıları ilə qeyri-rəsmi ünsiyyətdə olacaq.

Bundan əlavə, Peskov bildirib ki, bazar ertəsi Rusiya prezidentinin köməkçisi Yuri Uşakov xüsusi brifinq keçirəcək və burada çərşənbə axşamı baş tutacaq tədbirdə müzakirəsi planlaşdırılan bütün prioritetlər və məsələlər barədə danışacaq.

Oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

Bəzi mətbu orqanlar isə Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşəcəyini yazırlar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
3-10-2024, 09:45 Leysan və qar yağıb

{sape_links}{sape_article}