Ekoloji fəlakət: çay hövzələrinin 50 faizindən çoxu quruyub - Xəbərdarlıq
Tarix: 08-10-2024 12:56 | Bölmə: Slayd
Ekoloji fəlakət: çay hövzələrinin 50 faizindən çoxu quruyub

2023-cü il çaylarda son 30 ilin ən quraq dövrü olub. Son üç ildə çay hövzələrinin 50 faizindən çoxu quruyub.

Reyting.az
xəbər verir ki, BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı (VMO) yeni hesabatında quraqlığın həyatı təhdid etməsi ilə bağlı həyəcan təbili çalır.

Hesabata görə, dünyanın çayları 2023-cü ildə son 30 ilin ən quraq dövrünü yaşayıb və bu, tarixdə ən isti il olub.

Bildirilir ki, rekord istilər çaylarda su axınının dayanması ilə nəticələnib. Qlobal istiləşmə ilə hidroloji dövr su səviyyəsini quraqlıq və daşqınlarla gözlənilməz hala gətirib.

Hesabatda bir çox ölkədə çayları qidalandıran buzlaqların son 50 ildə ən böyük kütləvi itkiyə məruz qaldığı vurğulanır və buzların əriməsinin qlobal miqyasda milyonlarla insanın su təhlükəsizliyini təhdid etdiyi diqqətə çatdırılır. Qeyd olunur ki, 3,6 milyard insan ildə ən azı bir ay sudan qeyri-adekvatlıqla üzləşir və 2050-ci ilə qədər bu rəqəmin 5 milyarda çatacağı gözlənilir.

VMO-nun kaş katibi Celeste Saulo yaranmış vəziyyətlə bağlı çağırış edib. O, özünü quraqlıq və daşqın şəklində göstərən, lakin hər ikisində də quraqlığa səbəb olan qlobal istiləşməyə qarşı təcili tədbirlər görülməsini vacib sayır və 2024-cü ilin yeni bir temperatur rekordu ilə sona çatacağına dair xəbərdarlıq siqnalları təyin etdiklərini deyir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər