Türkiyədən deportasiya edilən məşhur repçiyə 10 il həbs cəzası verilib
Tarix: 14-10-2024 11:45 | Bölmə: Slayd
Türkiyədən deportasiya edilən məşhur repçiyə 10 il həbs cəzası verilib

Türkiyədən İrana deportasiya edilən rep musiqiçisi Əmir Hüseyn Maksudlu 10 il müddətinə azadlıqdan məhrum edilib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə İran məhkəməsinin sözçüsü Əsgər Cihangir məlumat verib.

Ə. Cihangir deyib ki, səhnə adı “Amir Tataloo” olan müğənni zina və əxlaqsız hərəkətlərinə görə 10 il həbs cəzası alıb.

Qeyd edək ki, İran rep dünyasının ən rəngarəng simalarından sayılan 36 yaşlı “Tataloo” illərdir Türkiyədə yaşayıb və ötən ilin dekabrında İrana ekstradisiya edilib.

“Tatalo”nun əsərlərinə ölkədə icazə verilmir, çünki o, İran Mədəniyyət Nazirliyindən lazımi icazə ala bilmir.

“Tatalo” may ayında küfr və dövlət əleyhinə təbliğat ittihamı ilə hakim qarşısına çıxıb. Bu ittihamlar həm də “Tatalo”nun ölüm cəzasına məhkum edilməsinə şərait yaradıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər