14:20 / 29-01-2025
Əli Əsədov səs verib - Foto
11:49 / 29-01-2025
Varis xəstəliyi
20:01 / 28-01-2025
Milli Məclis bəyanat yayıb
Şimali Koreya Rusiyaya 100-dən çox artilleriya sistemi göndərir - Foto
Tarix: 28-01-2025 12:32 | Bölmə: Slayd
Şimali Koreya Rusiyaya 100-dən çox artilleriya sistemi göndərir

Şimali Koreya Ukraynaya qarşı istifadə üçün 100-dən çox artilleriya sistemini Rusiyaya təhvil verməyi planlaşdırır.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb.

Bildirilir ki, dünyanın ən uzaqmənzilli artilleriya sistemlərindən olan və “Juche guns” kimi tanınan M1989 Koksan 170 mm-lik haubitsa hərbi münaqişə zamanı Cənubi Koreya paytaxtını hədəfə almaq üçün nəzərdə tutulub.

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov deyib ki, Pxenyan sərhədyanı Kursk bölgəsinə artıq yerləşdirilən artilleriya sistemlərinin sayını iki dəfə artırmağa hazırlaşır. Təchizatların yenilənməsi üçün cəbhə xəttindən çıxarılan Şimali Koreya qoşunlarının yenidən qruplaşdırılması və tezliklə daha çoxunun yerləşdiriləcəyi ilə bağlı xəbərlər fonunda gözlənilir.

General Budanovun sözlərinə görə, Şimali Koreya lideri Kim Çen In son üç ay ərzində Rusiyaya ən azı 120 M1989 Koksan artilleriya sistemi, həmçinin 120 ədəd M1991 reaktiv yaylım atəşi sistemi verib.



Əlavə edilib ki, Pxenyan yeni avadanlıq partiyası hazırlayır və analitiklərin fikrincə, bu, artıq yoldadır.

Budanov sonda qeyd edib ki, Şimali Koreya təlimatçıları Rusiya hərbçilərinə artıq döyüş şəraitində istifadə olunan M1989 Koksan-la işləmək üçün təlim keçir.

Onu da xatırladaq ki, M1989 Koksan ilk dəfə 1989-cu ildə hərbi paradda nümayiş etdirilib və 40 tonluq özüyeriyən silahdır. Bu silahların standart mərmiləri 40 km-dən çox məsafədəki hədəfləri vura bilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
Dünən, 11:49 Varis xəstəliyi