Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşlar dayandırılıb
Tarix: 03-02-2025 11:58 | Bölmə: Slayd
Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşlar dayandırılıb

Son zamanlar, o cümlədən bu gün Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.

Reyting.az
xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər: "Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər. AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq".




Bölməyə aid digər xəbərlər
29-01-2025, 11:49 Varis xəstəliyi