Ukrayna prezidenti Türkiyədə səfərdədir - (Yenilənib)
Tarix: 17-02-2025 22:54 | Bölmə: Slayd
Ukrayna prezidenti Türkiyədə səfərdədir - (Yenilənib)

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyənin paytaxtı Ankarada səfərdədir.

Reyting.az
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilir ki, Zelenski və nümayəndə heyətini daşıyan təyyarə 21:08 (Bakı vaxtı ilə 22:08 – red.) Ankara Əsənboğa Hava Limanına eniş edib.

Dövlət başçısının türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Prezident Sarayında görüşü planlaşdırılır.

***

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun sosial media hesabında Zelenskinin səfəri barədə məlumat verib.

Reyting.az
bildirir ki, Fahrettin Altunun sözlərinə görə, prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Vladimir Zelenski fevralın 18-də Ankarada Prezident Sarayında dövlət başçısı ilə görüşəcək.




Bölməyə aid digər xəbərlər