Türkiyə Rusiya-Ukrayna sülh danışıqlarına ev sahibliyi təklif edəcək
Tarix: 01-03-2025 18:54 | Bölmə: Slayd
Türkiyə Rusiya-Ukrayna sülh danışıqlarına ev sahibliyi təklif edəcək

Avropa liderlərinin martın 2-də Londonda keçiriləcək görüşündə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Ukrayna və Rusiya arasında sülh danışıqlarının aparılması təklifini irəli sürəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” agentliyinə türk diplomatik mənbələrinə istinadla məlumat yayıb.

Xatırlanır ki, Türkiyə 2022-ci ildəki genişmiqyaslı işğaldan bir neçə ay sonra Ukrayna ilə Rusiya arasında ilk danışıqları aparıb. Ankara taxıl ixracının Qara dənizdən təhlükəsiz keçməsinə dair sazişin bağlanmasına da köməklik edib.

Mənbə jurnalistlərə bildirib ki, H. Fidan bazar günü Avropa liderlərinə Türkiyənin “ədalətli və davamlı sülh” tapmaq səyləri barədə məlumat verəcək. O əlavə edib ki, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Ankaranın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini təsdiqləyəcək.

Qeyd olunur ki, Fidan Türkiyənin gələcək danışıqlarda mühüm rol almağa hazır olduğunu vurğulayacaq.

Onu da qeyd edək ki, genişmiqyaslı müharibə başlayandan bəri Türkiyə Ukrayna və Rusiya ilə yaxşı əlaqələr saxlayır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər