Daha beş şəhidimizin dəfn mərasimi olacaq
Tarix: 15-05-2025 10:30 | Bölmə: Slayd
Daha beş şəhidimizin dəfn mərasimi olacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha beş şəhidimiz dəfn olunacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Sabah dəfn olunacaq şəhidlərimizin hamısı hərbçidir: Məmmədov Yusif Mirzəli oğlu, Rüstəmov Miriş Məhəmməd oğlu, Məmmədov Muxtar Bayram oğlu, Abbasov Abuzər Tənzil oğlu və Ərzumanov Elşən İsaməddin oğlu.

Qeyd edək ki, Y.Məmmədovun nəşinin qalıqları saat 12.00-da Sumqayıt şəhəri Şəhidlər xiyabanında, M.Rüstəmov saat 14.00-da Ağcabədi şəhəri Şəhidlər xiyabanında, M.Məmmədov saat 12.00-da Şərur şəhəri Şəhidlər xiyabanında, A.Abbasov saat 15.00-da Zərdab rayonu Yuxarı Seyidlər kənd qəbiristanlığında, E.Ərzumanov isə saat 13.00-da Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Allah rəhmət eləsin!





Bölməyə aid digər xəbərlər