16:56 / 25-06-2025
Qırğızıstanda parno saytlara giriş bloklanıb
16:45 / 25-06-2025
Bakıda əməliyyat: saxlanılanlar var - Video
16:39 / 25-06-2025
Toy karvanında "avtoş"luq edən sürücülər saxlanılıb
16:20 / 25-06-2025
Səkkiz rayona prokuror təyin edilib - Yenilənib
15:59 / 25-06-2025
Kansler: Rusiya Avropanın sülh və siyasi nizamını təhdid edir
15:40 / 25-06-2025
“Pasportlar haqqında” qanun dəyişib
15:35 / 25-06-2025
Tramp Haaqada Zelenski ilə görüşəcək
15:29 / 25-06-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
15:26 / 25-06-2025
İlham Əliyev Türk Dövlətləri Təşkilatı ilə bağlı sazişi təsdiqləyib
15:04 / 25-06-2025
“Kontakt Home” qanunu pozub
14:55 / 25-06-2025
Rəşad Əmədzadə: “Beynəlxalq festivallarda iştirakımız ölkə teatrları üçün də uğurdur” - Müsahibə
13:50 / 25-06-2025
Nüvə müharibəsi... - Böyük fəlakətdən iki ölkə qurtulacaq
13:46 / 25-06-2025
İstintaq və təhqiqatçılara yeni səlahiyyət verilib
13:03 / 25-06-2025
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər
12:58 / 25-06-2025
"Sumqayıt" daha üç futbolçu ilə yollarını ayırıb
12:51 / 25-06-2025
Həbsxanalarla bağlı Fəaliyyət Planı təsdiqlənib
12:38 / 25-06-2025
“Bəs bizdə niyə atom bombası yoxdur?”
12:33 / 25-06-2025
Bakıda minik maşını “KamAZ”la toqquşub - İki qadın xəsarət alıb
12:26 / 25-06-2025
Qadınlara qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
12:06 / 25-06-2025
Tramp “B-2” və “İranı bombala” mahınısı ilə şok yaradıb
12:03 / 25-06-2025
İrandan daha 15 əcnəbi Azərbaycana təxliyə olunub
11:53 / 25-06-2025
Vətəndaşları aldadan şəxs tutulub
11:50 / 25-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
11:44 / 25-06-2025
İranda daha üç agenti edam ediblər
11:39 / 25-06-2025
Rusiya hərbi gəmisi Manş kanalından gizli keçir
11:20 / 25-06-2025
Beş hərbçiyə general-mayor rütbəsi verilib
11:05 / 25-06-2025
İran generalların və nüvə alimlərinin dəfninə hazırlaşır
10:56 / 25-06-2025
Ermənistanda dövlət çevrilişi etmək istəyiblər
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

06:06 / 22-06-2025

13:08 / 21-06-2025

15:58 / 21-06-2025

19:12 / 23-06-2025

16:45 / 21-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

10:14 / 24-06-2025

00:39 / 25-06-2025

Prezident İlham Əliyev Mingəçevirə gedib - (Yenilənib) - Fotolar
Tarix: 24-06-2025 12:32 | Bölmə: Gündəm

Prezident İlham Əliyev Mingəçevirə gedib.
Reyting.az xəbər verir ki, İlham Əliyev “8 Noyabr” Elektrik Stansiyasının açılışını edib.
İlham Əliyev açılış mərasimindəki çıxışında deyib ki, bu stansiya (“8 Noyabr” elektrik stansiyası–red.) Azərbaycanın enerji potensialını daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək.
***
Prezident İlham Əliyev iyunun 24-də Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Reyting.az xəbər verir ki, sonra dövlət başçısı “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edən qonaqlarla görüşüb, onlarla söhbət edib.
Söhbət zamanı bu stansiya layihəsinin əhəmiyyəti vurğulanıb.
İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə toxunulub. İşlərin qısa müddət ərzində yekunlaşması məmnunluqla qeyd edilib.
Daha sonra “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Sonra İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq, “AzərEnerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov çıxış ediblər.
Daha sonra Prezident İlham Əliyev və İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso stansiyanın açılışını ediblər.
Prezident İlham Əliyev və qonaqlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən bu stansiyaya atılan raketin düşdüyü əraziyə baxıblar.
Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb.
Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.
Sonra dövlətimizin başçısı və açılışda iştirak edən qonaqlar stansiyanın ərazisini gəziblər.

Reyting.az İlham Əliyevin çıxışını təqdim edir:
- Əziz dostlar, hörmətli qonaqlar, əziz mingəçevirlilər.
Bu gün ölkəmizin energetika sahəsində əlamətdar bir gündür. “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.
Mingəçevir 1970-ci illərdə Azərbaycan energetika sektorunun mərkəzi rolunu oynamışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur və Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir. Ondan sonra digər bloklar da istismara verilərək artıq o zaman hələ sovet dövründə bu stansiya Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilmişdir. Təbii olaraq müstəqilliyin ilk illərində bizdə enerji qıtlığı yaranmışdır. Orta və yaşlı nəslin nümayəndələri o illəri yaxşı xatırlayırlar ki, o vaxt hətta axşam saat 12-də televiziya verilişləri də dayandırılırdı. Çünki energetika sistemimiz lazım olan həcmdə elektrik enerjisini istehsal edə bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər var idi, həm də enerji sistemimiz tam köhnəlmişdi. Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi. Yəni, Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı, əlbəttə ki, bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır.
Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulmuşdur, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır. Yadınızdadır, burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi, demək olar ki, işıqsız qalmışdı. Ondan sonra praktiki tədbirlər görülməyə başlanmış və biz qısa müddət ərzində burada böyük uğurlara nail ola bilmişik.
2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu və 2020-ci il iyunun 25-də - düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verilmişdir. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və qeyd etdiyim kimi, bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir.
Bu layihənin qısa müddət ərzində icra edilməsi, - energetiklər bunu yaxşı bilirlər - rekord nəticə sayıla bilər. Çünki təxminən 2 min meqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir - bəlkə də üç il, dörd il, beş il, bəlkə daha da çox. Misal üçün, elə sovet dövründə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının inşası 1974-cü ildə başlamışdır və birinci blok 1981-ci ildə istismara verilmişdir. Yəni, yeddi ildən sonra 300 meqavat enerji əldə edilmişdir. Biz isə iki il ərzində təxminən 2 min meqavat enerji əldə etmişik və əlbəttə ki, bunun bir çox səbəbləri var. Təbii ki, buna burada mövcud olan energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və əlbəttə ki, bizim beynəlxalq tərəfdaşlarımızın da töhfəsi şərait yaratdı.
Mən xüsusilə bu gün burada iştirak edən İtaliyadan və Çindən olan qonaqları salamlamaq istəyirəm. Bu stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı var. Azərbaycan energetikləri ilə birlikdə bu gözəl işi biz qısa müddət ərzində görə bildik.
Qeyd etməliyəm ki, həm İtaliya, həm Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. Strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanmışdır və mənim bu ölkələrə çoxsaylı səfərlərim nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq. Mənim aprel ayında Çinə dövlət səfərim zamanı lazım olan razılaşmalar əldə edildi. Onu da bildirməliyəm ki, Azərbaycanda bu gün yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir. Yəni, bu hər iki ölkə bizim üçün həm strateji tərəfdaşdır, həm də önəmli ticarət tərəfdaşımızdır. Qeyd etdiyim kimi, siyasi əlaqələr çox yüksək səviyyədədir və biz burada çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsini görürük.
“8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. Qeyd etdiyim kimi, enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik. Azərbaycan bu istiqamətdə də qabaqcıl ölkələr sırasındadır. İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Yəni, bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır. Çünki biz hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında çalışırıq.
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığını hər kəs öz gözləri ilə görə bilər. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir. Biz həm təbii qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edirik. Ancaq qeyd etdiyim layihələr istismara veriləndən sonra biz müxtəlif elektrik kabelləri vasitəsilə yaşıl enerjini də ixrac edəcəyik. Beləliklə, ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq, - halbuki bu gün də kifayət qədər yüksək səviyyədədir, - və Azərbaycan bu bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcəkdir.
Bu gün dünyada gedən prosesləri hər kəs izləyir. Bizim ətrafımızda demək olar ki, münaqişələr səngimir, əksinə, yeni münaqişə zonaları açılır. Böyük fəlakətlərə və insan faciələrinə gətirən toqquşmalar, müharibələr gedir. Biz də müharibə nədir, yaxşı bilirik. Bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da - Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı - əgər belə demək mümkündürsə. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir. Ermənistanın hərbi cinayətləri təkcə bununla məhdudlaşmır. Həm Xocalı soyqırımını törədən, həm işğal dövründə bizim yaşayış məntəqələrimizi yerlə-yeksan edən, eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı Gəncəni, Mingəçeviri, Bərdəni, Tərtəri, Ağdamı və münaqişə zonasından kifayət qədər uzaqda yerləşən bir çox yaşayış məntəqələrini atəşə tutan Ermənistan hərbi cinayətkar dövlətdir.
Yəni, bunu deməklə bir daha qeyd etmək istəyirəm ki, bu bölgənin, bu infrastruktur obyektinin ölkəmiz üçün nə qədər böyük əhəmiyyəti var. İndi isə biz sülh şəraitində yaşayırıq. Beş ildir ki, Azərbaycanda sülh tam təmin edilib və əlbəttə ki, hüdudlarımızın kənarında da nə qədər tez sülh təmin edilərsə, bir o qədər həm o ölkələr üçün, həm təbii olaraq, bizim üçün də yaxşı olacaq. Ancaq reallıq budur ki, bu gün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq. Bu gün bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq.
Bir daha sizin hər birinizi, hər birimizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sağ olun.

Bölməyə aid digər xəbərlər

Bu gün, 09:18
Bakıda beynəlxalq konfrans keçirilir
Dünən, 14:06
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
Dünən, 11:20
Milli Məclis Ali Baş Komandana təbrik ünvanlayıb
23-06-2025, 23:45
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
23-06-2025, 16:44
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
21-06-2025, 17:40
Diplomatların Qarabağa səfəri başa çatıb - Foto
21-06-2025, 16:49
İlham Əliyevin müraciəti BMT sənədi kimi yayılıb
20-06-2025, 19:40
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
20-06-2025, 18:29
Bugünkü sertifikasiyada 3 300 müəllim istirak edib
20-06-2025, 16:13
İlham Əliyev UFC-nin prezidentini qəbul edib - Fotolar
20-06-2025, 13:59
Prezident Çinlə yeni saziş haqqqında Fərman imzalayıb
20-06-2025, 13:52
İlham Əliyev Çinlə Əməkdaşlıq Planını təsdiqləyib
20-06-2025, 09:13
Diplomatlar Laçına səfər ediblər
20-06-2025, 00:05
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçiriblər
19-06-2025, 23:13
İlham Əliyevin Türkiyəyə səfər başa çatıb
19-06-2025, 16:11
İlham Əliyev Türkiyədə işgüzar səfərdədir - (Yenilənib) - Fotolar
19-06-2025, 16:02
Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürüb
19-06-2025, 14:27
Macarıstan öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb
19-06-2025, 11:11
İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib
19-06-2025, 08:02
Müharibə təhlükəsi: Britaniya yüksək hazırlıq vəziyyətindədir
19-06-2025, 07:47
Avropa 1,5 milyard avroluq proqram hazırlayıb
18-06-2025, 23:54
İsrail İrana "üçüncü zərbə" dalğasına başlayıb
18-06-2025, 21:33
DİM 1 iyunda keçirilmiş qəbul imtahanının nəticəsini elan edib
18-06-2025, 17:17
Kamran Əliyev üç rayona prokuror təyin edib
18-06-2025, 14:14
Prezident İlham Əliyev Nataliya Kiselovanı qəbul edib - Fotolar
18-06-2025, 14:03
Zakir Həsənov Belarusda hərbi zavodlara baş çəkib
18-06-2025, 13:12
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
18-06-2025, 11:31
İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
18-06-2025, 11:28
Fikrət Məmmədov təltif olunub
18-06-2025, 10:17
Bakıda QDİƏT PA-nın 65-ci plenar sessiyası keçirilir
18-06-2025, 08:01
Təl-Əvivlə Tehran arasında ən yaxşı vasitəçi Rusiya və Azərbaycandır
17-06-2025, 13:51
İlham Əliyev daha bir qanuna dəyişikliyi təsdiqləyib
17-06-2025, 13:48
Çinin 40-a yaxın vətəndaşı Azərbaycan vasitəsilə İrandan təxliyə olunub
17-06-2025, 12:36
Daha 1258 hektar ərazi minalardan təmizlənib
17-06-2025, 11:50
İlham Əliyev Assambleya sədrini qəbul edib - Fotolar
16-06-2025, 22:43
Zakir Həsənov Belarusa rəsmi səfər edib
16-06-2025, 10:48
Zelenski-Tramp görüşü Kanadada olacaq
15-06-2025, 12:59
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
15-06-2025, 10:00
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb