Avropa İttifaqına sədrlik Danimarkaya keçib
Tarix: 01-07-2025 12:16 | Bölmə: Dünya
Avropa İttifaqına sədrlik Danimarkaya keçib

Danimarka altı ay Avropa Birliyinə (Aİ) sədrlik edəcək. Bu müddətdə gündəm əsasən müdafiə, rəqabət qabiliyyəti, yaşıl transformasiya, miqrasiya və genişlənmə olacaq.

Reyting.az
xəbər verir ki, Aİ-yə üzv ölkələr arasında hər 6 aydan bir rotasiya edən sədrlik yanvarın 1-dən bu vəzifəni icra edən Polşadan bu gündən etibarən Danimarkaya keçib.

Danimarka müdafiə sahəsində Avropanın strateji muxtariyyətinin təmin edilməsinə, Aİ ölkələrinin qlobal bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, Aİ-nin 2050-ci ilə qədər karbon neytrallığı hədəflərinin asanlaşdırılmasına, qeyri-qanuni miqrasiya və genişlənməyə qarşı mübarizəyə diqqət yetirəcək.

Danimarka 2026-cı il yanvarın 1-də sədrliyini Cənubi Kipr Rum Administrasiyasına (GCASC) verəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər