19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
“Sputnik Azərbaycan” işi üzrə 7 nəfər saxlanılıb - (Yenilənib) - Fotolar
Tarix: 01-07-2025 18:04 | Bölmə: Slayd
“Sputnik Azərbaycan” işi üzrə 7 nəfər saxlanılıb - (Yenilənib)

Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

İş üzrə istintaq tədbirləri davam etdirilir.

DİN-nin Mətbuat Xidmətindən bildirilib ki, “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında araşdırmalara başlanılıb.

***

Daxili İşlər Nazirliyinin “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərlə bağlı məhkəmə keçirilir.

Reyting.az
xəbər verir ki, Xətai Rayon Məhkəməsində onların barəsində qətimkan tədbirinin seçilməsi haqqında təqdimatlara baxılılır.

Məhkəmənin qərarı ilə “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onlara Cinayət Məcəlləsinin 178.3.1, 192.2.2, 192.2.3, 193-1.3.1, 193-1.3.2 maddələri üzrə ittiham elan olunub.(APA)





Bölməyə aid digər xəbərlər