19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Zelenski Əliyevə zəng edib
Tarix: 01-07-2025 19:14 | Bölmə: Slayd
Zelenski Əliyevə zəng edib

İyulun 1-də Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Reyting.az
 xəbər verir ki, V/ Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Prezident V. Zelenski, həmçinin Ukrayna vətəndaşlarının İrandan təxliyəsi məsələsində Azərbaycanın dəstəyinə görə dövlət başçısına təşəkkür edib.

Telefon söhbəti əsnasında ölkələr arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Hökumətlərarası Komissiyanın iclasının tezliklə Bakıda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bir daha qarşılıqlı dəstək ifadə edilib.

Ukrayna prezidenti, eyni zamanda, Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardımlara görə də minnətdarlığını bildirib.




Bölməyə aid digər xəbərlər