19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Təkrar sertifikatlaşdırma: 2006 müəllim keçid balını toplaya bilməyib
Tarix: 01-07-2025 14:53 | Bölmə: Slayd
Təkrar sertifikatlaşdırma: 2006 müəllim keçid balını toplaya bilməyib

İyunun 20-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 3338 müəllim iştirak edib. Onlardan 1328 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazansa da, 2006 müəllim müvafiq keçid balını toplaya bilməyib.

Reyting.az
xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyindən bildiriblər.

İmtahanda iştirak etməyən 334 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub. Təkrar sertifikatlaşdırma prosesində iştirak edən 4 nəfərin nəticələri imtahan qaydalarını pozduğu üçün ləğv edilib.

Xatırladaq ki, cari ilin əvvəlindən ötən il sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərə ehtiyaclarına uyğun olaraq Təhsil İnstitutu tərəfindən təlimlər, müxtəlif vebinar və sınaq imtahanları təşkil olunub.

Təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 20-23 iyun tarixlərində apellyasiya müraciətləri qəbul edilib. Apellyasiyaya daxil olan müraciətlər müvafiq qaydada araşdırılıb. Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı səhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyən edilməyib.

Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdə iştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilib.




Bölməyə aid digər xəbərlər