17:51 / 02-06-2025
Bölgələrə leysan yağacaq
14:51 / 02-06-2025
Donad Trampa inam azalır
Həmyerlimiz Varşava Universitetində doktorluq dərəcəsi alıb - Fotolar
Tarix: 01-06-2025 15:47 | Bölmə: Cəmiyyət
Həmyerlimiz Varşava Universitetində doktorluq dərəcəsi alıb

Polşanın paytaxtı Varşavada, Varşava Universiteti Doktoru və Doktor Habilitovanı dərəcəsinin təntənəli təqdimetmə mərasimi keçirilib.

31 May 2025-ci ildə universitetin kitabxana ərazisində düzənlənən mərasimdə Varşava Universitetinin akademik rəhbərliyi tam heyətlə iştirak edib.

Bakıda doğulan həmyerlimiz, filoloq-şərqşünas Melaike Hüseyin (Məleykə Hüseynova) ingiliscə yazdığı “Azərbaycan jurnalistikasının işığında qadınlarımızın sosial vəziyyəti” (1875-1920) adlı doktorluq dissertasiyası Varşava Universiteti Tarix kafedrası komissiyasının yekdil qərarı ilə cari tədris ili ərzində qəbul edilib.

Melaike Hüseyinə doktorluq diplomu Varşava Universitetinin rektoru Aloyzı Novak tərəfindən təqdim olunub.

Mərasimdə dissertantın elmi rəhbəri, Varşava Universitetinin professoru Jerzi Qrzybovski də iştirak edib.

Qeyd edək ki, profesor Qrzybovski cari tədris ili ərzində Varşava Universitetində 2 doktorluq dissertasiyasına (Melaike Hüseyin ve Viktar Korbut) rəhbərlik edib, onları nəticələndirən iki alimdən biri olub.

300 nəfərin elmi dərəcə diplomu aldığı mərasimdə Melaike Hüseyin türk millətinin yeganə təmsilçisidir.

Onu da qeyd edək ki, beynəlxalq aləmdə ilk dəfədir ki, doktorluq dissertasiyası səviyyəsində Azərbaycan qadınlarla bağlı tədqiqat aparılıb.








Bölməyə aid digər xəbərlər