11:24 / 03-09-2025
Bakıya gizli gətirilən qızıl külçələr aşkarlanıb
11:08 / 03-09-2025
Səhiyyə nazirinə müşavir təyin olunub
10:45 / 03-09-2025
Sertifikasiyadan kəsilən müəllimlər məhkəmədə iddia qaldırıblar
10:41 / 03-09-2025
İsmayıllıda dilindən arı sancan kişi ölüb
10:38 / 03-09-2025
Səfirliyin sabiq əməkdaşının məhkəməsi başlayıb
10:33 / 03-09-2025
Əliyevlə Putin salamlaşıblar - Video
10:18 / 03-09-2025
İlham Əliyevlə Şavkat Mirziyoyev Pekində görüşüblər - Video
10:11 / 03-09-2025
Kiyevdə azərbaycanlı ata və oğlu güllələnib
09:49 / 03-09-2025
Ruslar bir gecədə 105 PUA vurub
09:36 / 03-09-2025
Polşa Rusiyanın hücumuna cavab verməyə hazırdır
09:25 / 03-09-2025
Bu gün Bakının üç rayonunda qaz olmayacaq
08:19 / 03-09-2025
“iPhone 17”-nin qiyməti məlum olub
08:14 / 03-09-2025
Müsəlman Peyğəmbərin (s.ə.s) Mövludu günüdür
08:05 / 03-09-2025
Aktrisa bikinidə fotosunu paylaşıb
07:55 / 03-09-2025
Tramp həmkarlarına salam göndərib
07:50 / 03-09-2025
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər
07:45 / 03-09-2025
Pekindəki paradda üç lider yanaşı dayanıb
07:29 / 03-09-2025
Prezident və birinci xanım Qələbə paradını izləyiblər
22:48 / 02-09-2025
Tiktoker Xosrov həbs olunub
19:51 / 02-09-2025
Məşhur aktyor aktrisaya cinsi təcavüzə görə həbs oluna bilər
19:08 / 02-09-2025
Sabunçuda uşağa işgəncə verən qəyyum saxlanılıb
18:46 / 02-09-2025
NATO: "Rusiya raketinə Haaqaya çatmaq üçün 5-10 dəqiqə lazımdır"
18:00 / 02-09-2025
Bakıda daşınmaz əmlak bahalaşıb
17:45 / 02-09-2025
Qondarma “Xarici İşlər Nazirliyi”nin yerində Baş idarə tikiləcək
17:27 / 02-09-2025
Elektron Təhlükəsizlik Xidmətinə mətbuat katibi təyin olunub
17:20 / 02-09-2025
Gədəbəydə dağlıq ərazidə yanğın olub
16:50 / 02-09-2025
Laçında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
16:45 / 02-09-2025
Nazpəri Dostəliyeva: "Allahıma dua edirəm ki, məni övladıma tez qovuşdursun"
16:28 / 02-09-2025
Avropa İttifaqının yeni səfiri Azərbaycana gəlib - Foto
08:13 / 30-08-2025

19:36 / 30-08-2025

19:01 / 29-08-2025

18:20 / 31-08-2025

08:49 / 31-08-2025

00:24 / 30-08-2025

15:02 / 31-08-2025

17:05 / 29-08-2025

11:46 / 29-08-2025

09:27 / 30-08-2025

14:05 / 29-08-2025

Hüsniyyə Mürvətova: "Kinoda Natəvan obrazını oynamaq istərdim” - Müsahibə
Tarix: 01-06-2025 10:14 | Bölmə: Mədəniyyət

Bu gün Azərbaycan teatrı yaşayırsa, nəfəs alırsa, öz varlığına görə bu sənətin yükünü fədakarcasına çiyinlərində daşıyan sənətkarlara borcludur. Günümüzdə yaşayan və yaradan sənətkarlara. Onlardan biri də Respublikanın Əməkdar artisti, Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətovadır. Müasirliyi sevən, yeni trendləri izləyən tamaşaçı auditoriyası onu çox sevir. Kinoda və teatrda bir sıra parlaq, müxtəlif səpgili obrazlar yaradıb. Geniş diapazona malik aktrisadır. Onunla ad günü ərəfəsində Bakı Bələdiyyə Teatrının ofisində görüşdük. Şux və şən görünürdü. Qonşu otaqda aktyorların səs-küyü bizim söhbətimizə mane ola bilmədi. Diktofon işə düşmüşdü, Tural Baxışın balaca oğlu da bu müsahibəyə öz uşaq dünyasından nələrsə əlavə etdi. Arabir sükut pərdələriylə bəzənən söhbətimiz Hüsniyyə xanımın ecazkar səs dalğalarında bizi lap uzaqlara aparıb çıxardı.
“Reytinq” qəzeti müsahibəni edir:
- Hüsniyyə xanım, müsahibələrinizdən birində demişdiniz ki, atama aktrisa olmaq istəyimi bildirməyə qorxurdum. Niyə məhz aktrisa olmaq istəyirdiniz? Bu həvəs hardan, nədən qaynaqlanırdı?
- Uşaq vaxtlarımda tez-tez güzgü qarşısına keçib rəqs edirdim, mahnılar oxuyurdum. O zaman bircə televiziya kanalı vardı, Azərbaycan televiziyası. Mən televizorda göstərilən bütün tamaşlara baxırdım, bütün aktyorları tanıyırdım. İçimdə teatra böyük sevgi yaranmışdı, çox istəyirdim ki, mən də aktrisa olum. Amma bu arzumu atama bildirməkdən çəkinirdim.
- Bildiyimə görə, atanız da yaradıcı insan olub.
- Bəli, atam o vaxtkı Neft və Kimya İnstitutunu bitirsə də, o da uşaqlıqdan rəqs dərnəyinə gedib, şeirlər yazıb. Ədəbiyyata, incəsənətə son dərəcə bağlı insan idi. Təbii ki, atam mənim bu marağımı hiss edirdi, amma mənə ancaq ev şəraitində istəyimi gerçəkləşdirməyə icazə verirdi. Amma görəndə ki, bu həvəs, bu istək keçib getmir, bir gün dedi ki, bəlkə sənədlərini mədəni-maarif fakultəsinə verəsən? Sonda elə atamın istəyi oldu. Mən İncəsənət Universitetinə sənədlərimi verdim və qəbul olundum.

- Amma universitetə qəbul olunmazdan əvvəl artıq Sumqayıt Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlamışdınız. Bu teatra gəlişiniz necə olmuşdu?
- Əməkdar artist Münəvvər Əliyeva ilə bir sinifdə oxumuşuq. Mən bilirdim ki, Münəvvər sənədlərini İncəsənət Universitetinə verəcək. O da aktrisa olmaq istəyirdi. Onun bacısı artıq İncəsənət Universitetinin tələbəsi idi, bir gün o, məni Sumqayıt teatrına, rejissor Yusif Əkbərovun yanına gətirdi. Qəbul imtahanı üçün hazırladığım etüdü göstərdim, bəyəndi və məni teatra köməkçi heyətə işə götürdü. Sonra mən də universitetə qəbul olundum və teatrda işləyə-işləyə təhsil almağa başladım. Sumqayıt teatrında ilk rolum Rafiq Səmədərin “Dərs” tamaşasında Sevda obrazı oldu. O tamaşa televiziya üçün çəkildi, tamaşanın nümayişindən sonra mən artıq tanınmağa başladım. Şəhərdə gəzəndə arxamca “Sevda, Sevda”,- deyə qışqırırdılar. Çox gözəl tamaşa idi, bu obraz mənə uğur gətirdi. Bu obrazdan sonra məni əsas heyətə keçirtdilər.
Beləcə, Sevda obrazı ilə səhnə sevdasına qovuşan aktrisa Sumqayıt teatrında müxtəlif obrazlar yaradır. Sumqayıt teatrının səhnəsi onun arzularının gerçəkləşdiyi məkan olur. Universitetdə isə müəllimlərindən bu ecazkar sənətin sirlərini öyrənir.
- Universiteti bitirdikdən sonra “İlham” Miniatür Teatrında çalışmağa başladınız...
- Ona qədər mərhum rejissorumuz Rövşən Almuradlı məni Cəlil Məmmədquluzadənin “Anamın kitabı” televiziya tamaşasına Gülbahar roluna dəvət etmişdi. O tamaşa məni geniş tamaşaçı kütləsinə tanıdan ilk rolum idi. O tamaşa Qızıl Fonddadır. Orda Xalq artisti Cəfər Namiq Kamal mənim qardaşımı oynayırdı. Gənc Tamaşaçılar Teatrının o vaxtkı direktoru Kamal müəllim mənim bu rolumu çox bəyənmişdi və məni teatra işləməyə dəvət etdi. Eyni vaxtda da İlham Namiq Kamaldan dəvət aldım. Maaş, qonorar yüksək olduğu üçün “İlham” Miniatür Teatrını seçdim. Beləcə, üç il orda çalışdım. Olduqca dinamik tamaşalar hazırlayırdıq, çox maraqlı teatr idi.
- Bəs Bakı Bələdiyyə Teatrına gəlişiniz necə baş verdi?
- Aktrisa Bahar Abdullayeva ilə ikimiz də bir gündə o teatrdan ayrıldıq. “İlham” Miniatür Teatrından ayrılandan sonra Akademik Milli Dram Teatrının direktoru, rəhmətlik Həsən Turabov mənə dedi ki, sənədlərini gətir, biz səni teatra işə götürək. Amma nədənsə Bakı Bələdiyyə Teatrı məni daha çox özünə çəkirdi. Baharla birlikdə Amaliya xanımın yanına gəldik, Amaliya xanım məni görən kimi dedi ki, mən səni öz teatrımıza işə götürəcəyəm. Ona demişdim ki, həm Gənc Tamaşaçılar Teatrından, həm də Akademik Milli Dram Teatrından dəvətlər almışam. Dedi yox, sən məhz bizim teatrda çalışacaqsan. 1997-ci ilin sentyabrından bu teatrda fəaliyyətə başladım.

Hüsniyyə Mürvətovanın Bakı Bələdiyyə Teatrında ilk böyük işi Oqtay Altunbayın “Tomris” tamaşasında Tomris rolu olur. Amaliya Pənahova öz səhnə geyimini ona etibar edir. Görkəmli aktrisanın bu jesti heç şübhəsiz, həm də rəmzi xarakter daşıyırdı. Amaliya xanım bununla estafeti öz davamçısına ötürürdü, demək, Hüsniyyə xanımın simasında öz varisini görürdü. Təsadüfi deyil ki, Bakı Bələdiyyə Teatrı haqqında yazılan kitabın üz qabığında Amaliya xanımın, arxa qapağında isə Hüsniyyə Mürvətovanın fotosu verilmişdi.
- Amaliya xanım mənim oynadığım Tomrisi çox bəyənmişdi. Sonra mən Abdulla Qurbaninin “Türk sancağı” tamaşasında Yasəməni oynadım. O tamaşa ilə biz Naxçıvandan tutmuş Ankaraya qədər yaradıcılıq turnesinə çıxdıq. Hər yerdə bizi, tamaşamızı çox yaxşı qarşılayırdılar. Sonra bu teatrın səhnəsində “Dəli Domrul” tamaşasında Banu, “Elektra”da Elektra, “Dönüş”də Gülsabah, “Ana tarla”da Tolqonay və digər rolları oynamışam.
- Siz eyni zamanda bir çox filmlərdə də yaddaqlan obrazlar yaratmısınız. İlk dəfə hansı filmə dəvət almışdınız?
- Xalq artisti Mərahim Fərzəlibəyov 1992-ci ildə “Mənim ağ şəhərim” filmini çəkirdi. İyirmi bir yaşım vardı. O, məni Gülsüm roluna dəvət etdi.
- Sizin üçün çətin olmadı ki? İlk dəfə idi kamera qarşısına çıxırdınız.
- Qətiyyən. Bu filmdən sonra Mərahim müəllim məni “Qırmızı qar” filminə də çəkdi. O filmdə artıq baş rolu canlandırırdım. “Qırmızı qar” çox böyük marağa səbəb oldu. Uzun illər ərzində mütəmadi olaraq telekanallarda nümayiş olunurdu. O vaxtdan bu günə qədər filmlərə dəvət alıram.
- Hüsniyyə xanım, filmoqrafiyanızda mərhum rejissor Məhərrəm Bədirzadənin çəkdiyi “Salamat qal, ağca yol” film-tamaşa da var. Mən sizi “Ana tarla” tamaşasında Tolqonay rolunda görəndə o filmdə canlandırdığınız Ana obrazı gözlərim önünə gəldi. Bir qədər o film haqqında da danışardınız.
- O əsəri unudulmaz şairəmiz Nurəngiz Gün öz bibisinə həsr etmişdi. Bibisi oğlu müharibəyə gedib qayıtmayıb, bibisi də bir ömür boyu oğlunun yolunu gözləyib. Yəni o filmin ssenarisi real hadisələr əsasında yazılıb.
Nurəngiz xanım mənə danışırdı ki, bibim cavan idi, üzü nurlu qadın idi, üzündə heç bir qırış yox idi, amma oğul dərdindən saçları ağarmışdı. Onu da əlavə elədi ki, mən istəmirəm bu rola yaşlı aktrisa çəkilsin. Məni qrimlədilər, saçlarımı ağartdılar və çəkildim.
- Hüsniyyə xanım, siz iki dəfə Rusiya istehsalı olan filmdə rol almısınız. “Ərik acısı” filmində, bir də “Didərginlər” serialında. Kim dəvət etmişdi sizi?
- “Azərbaycan Aktyorlar Agentliyi”nin rəhbəri Səbuhi Məmmədov bizi bu prosesə cəlb elədi. O əlindən gələni edir ki, Azərbaycan aktyorları müxtəlif ölkələrin film və seriallarında rol alsınlar. Bu ekran işlərindən ikisi də mənim yaradıcılıq payıma düşdü.
“Ərik acısı” serialının rejissoru Aleksandr Moxov da işimizdən çox razı qaldı. Serial çox yüksək reytinq qazanaraq tamaşaçılar tərəfindən çox böyük sevgi ilə qarşılandı.
“Didərginlər” serialının rejissoru Sergey Çekalov da işimizdən çox razı idi. Hətta serialın prodüsseri şəxsən özümə dedi ki, rejissor Azərbaycan aktyorlarından çox razıdır. Rolum çox maraqlıdır. Tarixi bir serialdır. Ümid edirəm və buna çox inanıram ki, davamlı olacaq.
- Zahirən soyuq və sərt qadın təsiri bağışlayırsınız. Amma mən sizi müxtəlif situasiyalarda müşahidə etmişəm. Görmüşəm ki, siz nə qədər mərhəmətli, kövrək, gənc həmkarlarınıza həmişə dəstək olmağa çalışan bir qadınsınız. Bəs zahirən sərt görünməyiniz nəylə bağlıdır? Bəlkə özünüz insanlarla məsafə saxlamaq üçün bu cür görünməyə çalışırsınız? Daxilinizdə isə tamamilə başqa bir insan var.

- Yox, bu qətiyyən maska deyil. Bu cizgiləri mənə Yaradan bəxş edib. Mən atama bənzəyirəm. O da çox həlim, ürəyiyumşaq insan idi. Amma zahiri sifət cizgiləri olduqca sərt idi. Bəzən güzgüyə baxanda özüm də öz ciddiyyətimdən qorxuram. Məni yaxından tanıyan insanlar xarakterimə bələddirlər, bilirlər ki, mən necə insanam. Amma məncə, qadın kənardan ciddi görünsə daha yaxşıdır. Xüsusən də sənət adamı olan qadın.
- Hüsniyyə xanım, indiyə qədər arzusunda olduğunuz rol olubmu ki, onu hələ də oynamamısınız?
- Bilirsiniz, mənim üçün rejissorun məni hansı rolda görməsi daha maraqlıdır. O ki qaldı öz istəyimə, çox istərdim ki, Ledi Maqbeti oynayım. Natəvan haqqında film çəkilsə, Natəvan obrazını oynamaq istərdim.
- Maraqlı söhbət üçün təşəkkür edirəm! Doğum gününüzdə sizə uzun ömür, can sağlığı arzulayıram. Hər zaman səhnəmizdə olasınız!
- Çox sağ olun. Mən sizə təşəkkür edirəm.
Söhbətləşdi: Kənan HACI
Bölməyə aid digər xəbərlər

Dünən, 15:11
"Kreml sehrbazı" filmi böyük maraq doğurub - Fotolar
Dünən, 13:15
Bakıda İƏT Mədəniyyət Festivalı keçiriləcək
Dünən, 12:11
Emin Rusiyada konsert verəcək
Dünən, 08:21
Vudi Allen Donald Trampı yeni filmə çəkmək istəyir
1-09-2025, 16:09
Bu şəxslərə 4 min manat maaş veriləcək - Siyahı
29-08-2025, 15:13
Məmmədəli Ağayev 20 milyon mənimsəmədə ittiham olunub
29-08-2025, 14:05
"Rokki" və Silvester Stallone haqqında film çəkilir
28-08-2025, 15:53
Səkinə İsmayılova: “Mən olsaydım, var-gücümlə ədaləti bərpa edərdim”
28-08-2025, 15:21
Rejissor yeni filmə görə studiyaları tənqid edib
28-08-2025, 12:01
“Muğam” müsabiqəsinin daha bir iştirakçısı narazılıq edib
27-08-2025, 18:00
Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub
26-08-2025, 17:00
Ramiz Rövşənin səhhətində problem yaranıb
26-08-2025, 11:30
Nəsiminin məzarı Azərbaycana gətirilə bilər - Fotolar
25-08-2025, 18:03
IX “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib
25-08-2025, 14:37
2025-ci ilin ən gözəl aktrisalarını seçiblər - Siyahı
22-08-2025, 08:10
Amerikalı kinorejissor Vudi Allen Moskva Film Həftəsinə gələcək
21-08-2025, 11:44
Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çap olunub
21-08-2025, 08:27
Deyv Bautista ən yaxşı aktyor-güləşçidir
20-08-2025, 15:09
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
20-08-2025, 14:02
Dərələyəzli Molla İmranın kitabları yüz ildir qorunur - Foto
19-08-2025, 18:40
"YouTube" "Oskar" təqdimat mərasiminin yayım hüququnu alır
19-08-2025, 16:10
Şair Məmməd İsmayıl vəfat edib
19-08-2025, 15:11
Rasim Balayev: “Məndən olsa, onları güllələyərdim"
19-08-2025, 10:09
Dövlət Komitəsi: "Bu, qəbuledilməzdir"
15-08-2025, 16:03
Nəzakət Teymurova: “Deyirlər ki, Xalq artisti ləhcə ilə danışır, ürəyim belə istəyir...”
15-08-2025, 14:42
Kinostudiya filmin hüquqlarını özünə qaytarıb - Foto
14-08-2025, 18:00
Fərqanə Qasımova: "Səsinlə böyüdüm, nəfəsinlə gücləndim"
14-08-2025, 15:34
İki məşhur yeni filmin çəkilişinə hazırlaşır
14-08-2025, 14:05
Afaq Bəşirqızı: "Vallah, vaxtım yoxdur"
14-08-2025, 13:24
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib
14-08-2025, 09:41
Hollivud ulduzu daha dürüst olmaq istəyir
12-08-2025, 07:43
Yeni filmi rəqəmsal platformalara çıxaracaqlar
11-08-2025, 10:51
Xankəndidə VII Türkoloji Yay Məktəbi keçiriləcək
8-08-2025, 12:22
Bu gün Rasim Balayevin doğum günüdür
7-08-2025, 19:43
"Terminator"-un rejissoru süni intellektdən qorxur
5-08-2025, 13:54
Türkmənistanda Azərbaycan Günləri keçirilir - Fotolar
4-08-2025, 18:01
Bred Pittin karyerasında ən gəlirli film bəlli olub
4-08-2025, 14:35
Xalq yazıçısı Elçin Əfəndiyev dəfn olunub - Yenilənib
4-08-2025, 14:18
Yazıçı Anar: "Bu, bəlkə də, mənim üçün taleyin cəzasıdır”
4-08-2025, 14:07
Əli Əsədov və vəzifəli şəxslər vida mərasiminə qatılıb - Fotolar
4-08-2025, 12:58
Şvartseneggerin baş rola çəkildiyi serialın yayımı dayandırılıb
4-08-2025, 10:28
Akif Əlinin yeni kitabı işıq üzü görüb - Fotolar
4-08-2025, 09:55
Yazıçı Anar: “Bizim nəsildən olan sonuncu yaxın dostumu itirdim...”
1-08-2025, 18:09
İyulla avqustun “Ulduz”u bir arada - Fotolar
1-08-2025, 13:44
Fəxrəddin Manafova “Şöhrət” ordeni verilib - Sərəncam
1-08-2025, 12:49
Xalq artısti: "Belə aparıcıların efirdə olmasının əleyhinəyəm”