Tramp dünyanı aldadıb: atəşkəs yoxdur, İsrail İrana ağır zərbələr endirir
Tarix: 24-06-2025 10:14 | Bölmə: Slayd
Tramp dünyanı aldadıb: atəşkəs yoxdur, İsrail İrana ağır zərbələr endirir

İsrailə məxsus hərbi aviasiya İranın Gilan əyalətində əhalinin sıx məskunlaşdığı əraziyə aviazərbələr endirib. Zərbələr nəticəsində 9 nəfər dinc sakin ölüb, 33 nəfər yaralanıb.

Reyting.az
İran mətbuatına istinadla xəbər verir ki, əyalət rəhbərliyi yaralılar arasında uşaq və qadınların da olduğunu bildirib. Onlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib, 28 nəfəri ambulator müalicəyə buraxılıb.

Məlumata görə, hava zərbələri nəticəsində 4 yaşayış binası dağılıb, ətrafdakı tikililərə ciddi ziyan dəyib.

Qeyd edək ki, ABŞ lideri Donald Tramp İran ilə İsrail arasında atəşkəslə bağlı razılıq əldə olunduğunu bildirib, tərəfləri təbrik etsə də, dedikləri özünü doğrultmur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər