Kəlbəcərə növbəti köç karvanı gedib
Tarix: 20-09-2025 11:17 | Bölmə: Slayd
Kəlbəcərə növbəti köç karvanı gedib

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Reyting.az
xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 29 ailə olmaqla 115 nəfər köçürülür.

Bu gün Kəlbəcər şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Kəlbəcər şəhərinə koç edən ailələr Azərbaycan prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Onu da qeyd edək ki, doğma yurda qayıdan Kəlbəcər sakinləri Tərtər şəhər Bayraq meydanından yola sala salınıblar.




Bölməyə aid digər xəbərlər