10:58 / 11-09-2025
İsrailə raket hücumu olub
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
Tarix: 11-09-2025 10:33 | Bölmə: Slayd
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq

Sabah Birinci Qarabağ müharibəsinin daha 4 itkin-şəhidi dəfn olunacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Qeyd edilib ki, hərbçi Vəliyev Murad Məlikməmməd oğlu Quba rayonu Nütəh kənd qəbiristanlığında, hərbçi Abdullayev Cəlal Xankişi oğlu Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbə qəbiristanlığında, hərbçi Zərbəliyev Ayaz Əsgəralı oğlu Göyçay şəhəri, Şəhidlər xiyabanında, hərbçi Qayıbov Vəkil Möylan oğlu Qəbələ rayonu, Qəmərvan kənd qəbiristanlığında dəfn ediləcək.





Bölməyə aid digər xəbərlər