İtkin düşmüş pilotumuzla bağlı növbəti açıqlama verildi
Tarix: 12-08-2019 13:03 | Bölmə: Cəmiyyət
İtkin düşmüş pilotumuzla bağlı növbəti açıqlama verildi

Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan "MİQ-29” təyyarəsinin bəzi fraqmentləri tapılıb. Həmin fraqmentlərin türkiyəli mütəxəssislər tərəfindən tapıldığı bildirilir, amma bu, rəsmən təsdiqlənməyib. Bir azərbaycanlı dalğıcla, bir türk dalğıc suya girib, şəkillər çəkiblər.

Reyting.az
Modern.az-a istinadla xəbər verir ki, bunu iyulun 24-dən Xəzərdə itkin düşən pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatası, sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Q. Hüseynli qəza ilə bağlı başqa ciddi məlumatın olmadığını bildirib.

Sabiq dövlət müşaviri qeyd edib ki, hava şəraiti axtarışların aparılmasına imkan vermir: "Təyyarənin qalıqlarına doğru birinci hərəkət edən türk dalğıc olub. Bizdə olan məlumata görə, axtarışları bu gün də davam etdirməlidirlər. Ancaq hava şəraiti imkan vermir. Dalğıclar aşağı düşə bilmirlər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}