Polis generalı PA-da yeni vəzifəyə təyin edildi
Tarix: 15-05-2020 20:33 | Bölmə: Slayd
Polis generalı PA-da yeni vəzifəyə təyin edildi

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub.

Bu vəzifəyə Yaşar Əliyev təyinat alıb. O, həmçinin, həqiqi hərbi xidmətə qəbul olunub və ona general-leytenant hərbi rütbəsi verilib.

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevdir.

Qeyd edək ki, Yaşar Əliyev bu təyinata qədər Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər