Sabiq səfir: “Məmmədyarov və adamları çox zəif iş aparırdı”
Tarix: 21-07-2020 20:14 | Bölmə: Slayd
Sabiq səfir: “Məmmədyarov və adamları çox zəif iş aparırdı”

“Elmar Məmmədyarovun korrupsiyaya uğradığı, nazirlik əməkdaşlarının viza satmasına dair fikirlər səsləndirilib, həbslər olub. Hər halda onun işdən çıxarılması ilə bağlı ittihamlar səsləndirilib”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə Xarici işlər naziri Elmar Məmmədyarovun vəzifədən çıxarılmasını şərh edərkən deyib.

Keçmiş diplomatın sözlərinə görə, hər kəs bilir ki, Xarici İşlər Nzirliyinin (XİN) aktiv fəaliyyəti olmayıb: “Hesab edirəm ki, bu nazirlik daha aktiv işləməli, fəal təbliğatla məşğul olmalıdır. Nazirdən tutmuş səfirə qədər gecə-gündüz xarici ictimaiyyətlə işləməlidir. Hər gün, az qala hər saat bəyanatlar, məlumatlar göndərilməlidir. Təəssüflər olsun ki, Məmmədyarov nazir işlədiyi vaxtlarda fəal fəaliyyətin şahidi olmadıq”.

H. Hacızadə bildirib ki, XİN-in vəzifəsi Azərbaycanın mövqeyini dünyaya yaymaqdır: “Bu istiqamətdə Məmmədyarovun və adamları çox zəif iş aparırdılar. Biz onlardan heç nə eşitmirdik. Nə nota verirdilər, nə məlumat yayırdılar. Diqqət edin, ermənilər kino çəkirlər, xarici medialardan düşmürlər, lazım gələndə Kim Kardaşyan kimilərini qabağa verirlər və s. Bir sözlə, aktiv olmaq lazımdır. Amma bizim Xarici İşlər Nazirliyi aktivlik edə bilmirdi”.

H. Hacızadə əlavə edib ki, E. Məmmədyarovu şəxsən tanımayıb:

“Deyirlər ki, Məmmədyarov XİN sistemində əvvəldən işləyib. Mən qısa müddətə Rusiyada səfir olmuşam, Bakıda kimlərin işlədiyindən elə də məlumatlı deyildim”.

Serbiyanın Ermənistana silah satması haqda məlumat yayıldığını xatırladan H. Hacızadə əlavə edib ki, Gürcüstan tərəfi rəsmi təkzib verərək bildirib ki, bu barədə məlumatsızdır: “Əgər belə şey olubsa, biz həm Gürcüstana, həm də Serbiyaya nota verməliyik. Gürcüstan parlamenti zamanında qərar qəbul edib ki, bu dövlət neytral mövqedə durur və onun ərazisindən silah-sursat daşına bilməz. Əgər belə hal varsa, sözsüz ki, narazılıq edilməlidir. Bunun üçün imkanlar da var”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}