Mehman Əliyev: “General Polad Həşimov Rusiya istehsalı olan dronla vurulub”
Tarix: 22-07-2020 15:28 | Bölmə: Slayd
Mehman Əliyev: “General Polad Həşimov Rusiya istehsalı olan dronla vurulub”

“General Polad Həşimov Ermənistana məxsus dronla vurulub. Bu dron Rusiya istehsalıdır. Əvvəl Ermənistan ordusunda döyüş dronları yox idi, yalnız nəzarətçi-kəşfiyyatçı dronlar var idi. İndi elan edirlər ki, bizdə döyüş dronları var. Məncə, onlar Tovuz istiqamətində bizim zabitlərimizi belə dronla vurublar”.

Bu sözləri Reyting.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin direktoru, siyasi analitik Mehman Əliyev Azərbaycan Ordusunun generalı Polad Həşimovun Tovuz rayonu istiqamətində vurulmasından danışarkən deyib.

M. Əliyev xatırladıb ki, general P. Həşimov və ətrafında olan artilleriya rəisləri avtomobildə vurulublar: “Bu xüsusi avtomobildir, rabitə və qərargah maşınıdır. Böyük ehtimalla onun yerini peyklə müəyyən edib, daha sonra koordinatlarını öyrənib və dron vasitəsilə vurublar”.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ermənilərin törətdikləri hərbi cinayətlərdən danışan M. Əliyev diqqətə çatdırıb ki, faktiki olaraq iki ölkə arasında informasiya müharibəsi başlayıb: “Hesab edirəm ki, əslində informasiya müharibəsi başlayıb və bu, hərbi müharibəyə bərabərdir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}