ABŞ nəşrindən xəbərdarlıq: “Amerika müdaxilə etməsə, Rusiyanın Qafqazda mövqeyi güclənəcək”
Tarix: 22-07-2020 16:47 | Bölmə: Slayd
ABŞ nəşrindən xəbərdarlıq: “Amerika müdaxilə etməsə, Rusiyanın Qafqazda mövqeyi güclənəcək”

“Müharibə ocağı “dondurulmuş” Ermənistan-Azərbaycan münaqişəsinin səthində alovlanmaqda davam edir. 2016-cı ildən bəri ilk dəfə artilleriya, tank və silahlı pilotsuz uçan aparatların istifadəsi də daxil olmaqla, iki tərəf arasında döyüşlər baş verib”.

Reyting.az
“The Hill”-ə istinadla xəbər verir ki, ABŞ nəşrinin son toqquşmalarla bağlı təhlil yazısı bu abzasla başlayır.

Məqalədə qeyd olunur ki, tərəflər arasında silahsız bölgə yoxdur, 1994-cü ildən bu yana dəyişməmiş qalan təmas xətti var. Mübahisəli bölgədə ayda bir əsgər snayper atəşindən öldürülür. Ancaq iyulun 12-də cəbhə xəttində status-kvonun dəyişdirilməsinə cəhd edilib.

Döyüşlər ən azı 16 nəfərin ölümü ilə nəticələnib, o cümlədən Üçüncü Ordu Korpusunun azərbaycanlı generalı şəhid olub. Ölənlərin onbiri Azərbaycan əsgəri, dördü erməni əsgəri, biri isə 76 yaşlı azərbaycanlı mülki şəxsdir.

“Münaqişə keçmiş muxtar bölgə olan Dağlıq Qarabağla bağlıdır. Beynəlxalq hüquq normalarına əsasən, hətta Ermənistan hökuməti tərəfindən o, Azərbaycanın bir hissəsi kimi tanınan ərazidir. 25 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal olunub. Avropa İnsan Haqları Məhkəməsi Ermənistanı işğalçı qüvvə elan edib və BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə (822, 853, 874 və 884) ilə ərazilərin zorla ələ keçirilməsini təsdiqləyib və erməni qüvvələrinin işğal altındakı ərazilərdən çıxmasını tələb edib.

Mövcud döyüşü özünəməxsus edən məqam odur ki, o, Dağlıq Qarabağdakı təmas xətti boyunca deyil, Ermənistan-Azərbaycan sərhədi ərazisində baş verib. Bu yeni münaqişə zonası - Tovuz rayonu Qərbi Avropaya gedən Xəzər neft və qaz kəmərlərinin yaxınlığındadır. Bu sahədə mübarizə asanlıqla enerji axınına güvənən NATO üzvlərini əhatə edəcək bir münaqişəyə çevrilə bilər”.

“The Hill”-in məqaləsində daha sonra deyilir ki, Ermənistan müttəfiqi olan Rusiyanın silahlı dəstəyi ilə ərazini nəzarətində saxlayır. 1992-1994-cü illər müharibəsi zamanı Ermənistan Rusiyaya ən azı 5 min rus əsgərinin yerləşməsi üç hərbi baza qurmağa imkan verib. Erməni hərbi doktrinası Rusiyanın ölkənin hərbi təhlükəsizliyinin qarantı olduğunu təsdiqləyib. Son bir neçə ildə Rusiya Ermənistanın Gümrü və Erebuni bölgəsindəki hərbi bazalarını “MiG-29” qırıcıları, “Mi-24” helikopterləri və 70-dən çox tank, zirehli maşın və artilleriya sistemləri ilə təchiz edib.

2015-ci ildə, Dağlıq Qarabağın rəsmiləri “Daily Beast”-ə verdiyi müsahibələrdə Azərbaycanla münaqişədə Rusiyanın dəstəyi olmadan nə Ermənistanın, nə də Dağlıq Qarabağın yaşaya biləcəyini söyləyib.
“Moskva münaqişəni dayandırmaq üçün heç bir addım atmayıb. Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı zorakılığı müzakirə etməli idi, lakin naməlum səbəblərdən iclas ləğv olunub”.

Məqalədə qeyd olunur ki, Azərbaycan Avropadakı və İsraildəki Amerika müttəfiqləri üçün alternativ enerji mənbəyidir. Azərbaycan beynəlxalq nəqliyyat və telekommunikasiya mərkəzinə çevrilir. ABŞ öz diplomatik və iqtisadi gücündən istifadə edərək, tərəfləri danışıqlar masasına oturtmalıdır, əks halda, Rusiya bölgədə mövqelərini gücləndirər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}