17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Döyüşlərin Cənub Qaz Dəhlizinin açılışı ərəfəsində başlaması təsadüfi deyil” – Ekspert
Tarix: 22-07-2020 17:08 | Bölmə: Slayd
“Döyüşlərin Cənub Qaz Dəhlizinin açılışı ərəfəsində başlaması təsadüfi deyil”

“Ermənistan və Azərbaycan sərhədində gərginlik İsrailin alıcı olduğu bölgədən enerji tədarükünə zərər verə bilər”.

Reyting.az
“The Jerusalem Post”-a istinadla xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bildirib.

“Bakı-Tbilisi-Ceyhan boru kəməri İsrailə neftə tələbatının 40 faizini təmin edir", – deyə Süleymanov Vaşinqtondan "The Jerusalem Post"-a bildirib.

“Döyüşlərin Cənub Qaz Dəhlizinin açılışı ərəfəsində başlaması təsadüfi deyil”

O, bir çox Azərbaycan rəsmiləri kimi, qarşıdurmanın qlobal əhəmiyyətini vurğulayıb. "Ən vacib hissə təbii ki, neft və qazı Avropa və qlobal bazarlara müstəqil şəkildə çatdıran neft və qaz boru kəmərləridir".

ABŞ Hərbi Dəniz Qüvvələri Liseyinin enerji mütəxəssisi və Demokratiyaların Müdafiə Fondunun Enerji məsələləri üzrə baş məsləhətçisi Brenda Şaffer də sərhəd toqqumalarının təsadüfi olmadığını söyləyib və Ermənistanı yeni qaz boru kəmərinin istismarını pozmaqda günahlandırıb.

O bildirib: "Döyüşlərin Avropaya qaz nəql edəcək Cənub Qaz Dəhlizinin inşaasının başa çatması ərəfəsində başlaması təsadüfi deyil”.

Brenda Şaffer toqquşmaların Dağlıq Qarabağdan kənarda, Ermənistan-Azərbaycan sərhədində, kritik bir tranzit magistral yola yaxın bir yerdə baş verməsinə diqqət çəkib. "COVID-19-a baxmayaraq, oktyabr ayında Cənub Qaz Dəhlizinin açılması nəzərdə tutulur", - deyən Şaffer bildirib ki, bu, Azərbaycanın Avropa ilə münasibətlərində böyük strateji dəyişiklik yaradacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}